Sürücüsü ilə evləndi, falçıya getdiyini etiraf etdi, polisə düşdü Erməni pərəstişkarı


Kriminal 24 Dek 2022 18:20:00 273 0

Sürücüsü ilə evləndi, falçıya getdiyini etiraf etdi, polisə düşdü  Erməni pərəstişkarı

Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Nüşabə Ələsgərli haqqında maraqlı faktları təqdim edir.

Hümmətova Nüşabə Ələsgər qızı 21 dekabr 1967-ci ildə Şəkidə anadan olub. Həkim və müəllim ailəsində böyüyən Nüşabə artıq uşaq yaşlarından Aşıq Sakit Qurbanovun yanında saz sənətini öyrənir. 1974-cü ildə Şəkidə 1-ci sinfə getsə də, iki il sonra ailəsi birgə Sumqayıt şəhərinə köçür. Sumqayıtda 26 nömrəli məktəbdə təhsilini davam etdirən Nüşabə eyni zamanda 3 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil alır.

***

1986-cı ildə Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsini fərqlənmə diplomu ilə bitirib, elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olur.

1998-ci ildən Azərbaycan Teleradio şirkətinə solist olaraq işləməyə başlayıb. Televiziyada çalışdığı dövrdə bir çox verilişlərdə, bayram proqramlarında, tamaşalarda çıxış edir. Əhməd Orucoğlunun "Qayınana əməliyyatı"nda baş rollardan birinə, eyni zamanda 24 seriyalı "Yanmış körpülər" seriyalında baş rolda çəkilir.

***

Televiziyada çalışdığı dövrlərdə bir çox bəstəkarlarla işləyir, Şəfiqə Axundova, Eldar Mansurov, Nadir Əzimov, Ramiz Mirişli, Aygün Səmədzadə, Elçin İmanov və başqa bəstəkarların bir çox mahnılarını lentə yazdırır. Yaradıcılığı boyu 24 disk hazırlayıb.

Müğənni iki dəfə ailə qurub. İlk evliliyindən onun Orxan adlı oğlu, Nigar adlı qızı dünyaya gəlib. Uğursuz evlilik yaşayan müğənni bir müddət sonra həyat yoldaşı ilə yollarını ayırır. İkinci dəfə o, öz cangüdəni olan Rza adlı şəxslə ailə qurur. Bu evlilikdən onların övladı yoxdur. Müğənni müsahibələrinin birində deyir:

"Bir müddət mənim sürücüm və cangüdənim oldu. Sonra getdi Kanadaya, sən demə, mənə aşiq olubmuş. Ayrılıq 6 ay çəkdi. Bir də gördüm qayıdıb, təəccübləndim. Gedəndə sevgisini demişdi. Cavab vermişdim ki, olmaz. Mənim də övladlarım var, o, subay idi, evlənməliydi, uşaqları olmalıydı. Mən də anayam, istəyərəm oğlum subayla evlənsin, övladı olsun. Bunlar da məndə olmazdı. Bir ana öz oğlunu sevirsə, başqa övladı da sevməlidir. Ancaq sonra ailə qurduq. Evimin ən dəyərli varlığı həyat yoldaşım Rzadır. Evliliyimiz sevgi ilə deyil, məntiqlə olub. Həyat yoldaşım Rza ilə artıq 16 ildir ki, evliyəm. Övladlarımın birinin 9, digərinin 10 yaşı vardı biz ailə quranda. Mənimlə evlənmək üçün o, anamın sərhədini keçməli idi. Anam çox zəhmli qadın idi. Belə şeylərə çox pis yanaşırdı. Bir sözlə olmaz! Düşündüm ki, məntiqlə düz addım atmışam. Anam bizim evliliyimizə heç vaxt razı olmadı. Evliliyimiz razılıqsız oldu. İllər keçdikcə anam evliliyimizə çox sevindi. O, xəstə yatağında olanda söylədi ki, Rza, balalarımı sənə tapşırıram. Ürəyimin dərinliklərində düşünürdüm ki, bəlkə, anam haqlıdır. Bəlkə, səhv qərar idi? Amma nə yaxşı ki, bu addımı atmışam. Rza övladlarıma təkcə ata yox, həm də sürücü olub".

Məşhur müğənninin bir neçə dəfə polislə bağlı da problemləri olub. 2011-ci ildə onunla yol polisi arasında qalmaqal baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol polisi müğənninin əyləşdiyi avtomobili saxladığı üçün o, yol polisini təhqir edib, söyüş söyüb. Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi açıqlamasında faktı təsdiqləyib.

***

Nüşabə Ələsgərlinin qanun işçiləri ilə ikinci "toqquşması" isə 2019-cu ildə baş verib. Belə ki, müğənni həmkarı Manaf Ağayevin keçmiş kürəkəni Taleh Hüseynovu hədələməkdə günahlandırılıb. Zərərçəkmişin sözlərinə görə, müğənni müəyyən insanların vasitəsi ilə onu incidəcəyini, problemlər yaşadacağını deyib.

Nüşabə Ələsgərlinin çox çətin həyat sınaqları olub. İki ay fərqlə əvvəl anasını, daha sonra isə xərçəng xəstəsi olan bacısını itirir. Bu iki itki ona pis təsir edir. Səhnədən getməyi, hətta ölməyi belə düşünüb. Müsahibələrində bu haqda deyir: