“Bir gəncin iztirabları” FOTO


Kriminal 26 Dek 2022 15:02:00 294 0

“Bir gəncin iztirabları”  FOTO

"M Teatr" Müasir İncəsənət Teatrında xalq artisti Vidadi Həsənovun rejissoru olduğu "Bir gəncin iztirabları" xoreoqrafik solo tamaşasının premyerası baş tutub. Tamaşanın aktyoru Xoreoqrafiya üzrə dünya rəqs olimpiadası, beynəlxalq Moskva müsabiqə-festivalının ikiqat qalibi Fərid Kazakov olub. 

Tamaşa barədə xalq artisti Vidadi Həsənov özü məlumat verib və Fərid barəsində danışarkən onu istedadlı gənc adlandırıb. Xalq artisti Fəridin daha böyük uğurlar qazanacağına inandığını da qeyd edib. 

Daha sonra F.Kazakov da tamaşaçılarla həyəcanını bölüşüb:  

"Bu gün həm mənim 25 yaşım tamam olur, həm də balet artisti kimi 10-cu ilimdir. İstədim həmişə olduğu kimi, bu dəfə də doğum günümü səhnədə qeyd edim. Bu il də Xalq artist Vidadi Həsənovla tanış oldum. Bununla bağlı müzakirə apardıq. O işinin peşəkarıdır. Bu tamaşanı seçməklə gənclərə göstərmək istəyirəm ki, hər zaman iztirablardan çıxış yolu var. Öz uğurlu yolunu düzgün seçməkdə azadsan".