Muğamat İbadova hökm oxundu


Kriminal 23 İyn 2022 16:22:00 164 0

Muğamat İbadova hökm oxundu

Sabirabad rayon məhkəməsində həyat yoldaşını intihar həddinə çatdırmaqda təqsirləndirilən Muğamat İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M. İbadov 3 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Sabirabad rayon sakini Sevinc İbadova evində özünü yandıracaq öldürüb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisədə təqsirli bilinən S. İbadovanın həyat yoldaşı M. İbadov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. İstintaq araşdırmaları zamanı M. İbadovanın həyat yoldaşı tərəfindən intihar həddinə çatdırdığı müəyyən edilib.

M. İbadov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 133 ( əzab vermə) və 125 (intihar həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.