Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan aktyor FOTO


Kriminal 22 Noy 2021 21:20:00 107 0

Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan aktyor  FOTO

O, milli kinomuzda Mirzə Səfər, Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski və başqa neçə-neçə unudulmaz obrazlar yaradıb. "Böyük dayaq" filmində çəkildiyi ilk rolu - Qaraş obrazı ilə kino aktyoru kimi özünün böyük potensialı olduğunu sübut edib. Yaratdığı rolların xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəmanlardan ibarət olması idi...

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Dövlət mükafatı laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 83-ci ildönümü tamam olur.

Görkəmli aktyor Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib, 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar fasilələrlə burada çalışıb.

Kino aktyoru kimi ildən-ilə məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu ildə Cəmil Əlibəyovun "Gülüstanda qətl" dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.

Sabah bu rayonlarda qaz olmayacaq like
  • 22 Noy 21:00  
Digərləri Sabah bu rayonlarda qaz olmayacaq

"Qazıməmməd-Qazax" yüksəktəzyiqli magistral qaz kəmərində apa

arrow Ətraflı
Rusiyada daha 1 241 nəfər COVID19dan ölüb like
  • 22 Noy 20:54  
Dünya Rusiyada daha 1 241 nəfər COVID19dan ölüb

Rusiyada son sutka ərzində daha 35 681 nəfər yeni növ koronavirusa (COVID-1

arrow Ətraflı
Fransanın Azərbaycandakı səfiri Ağdama səfər edib  FOTO like
  • 22 Noy 20:52  
Siyasət Fransanın Azərbaycandakı səfiri Ağdama səfər edib FOTO

Bu gün Fransanın ölkəmizdəki səfiri Qross Zakarinin başçılıq etdiyi n

arrow Ətraflı
Lopezdən gəlinlik şousu  FOTO like
  • 22 Noy 20:48  
Şou-biznes Lopezdən gəlinlik şousu FOTO

Dünyaca məşhur müğənni Cenifer Lopez Amerika Musiqi Mükafatlarında çıx

arrow Ətraflı
Qazın təzyiqi niyə “oynayır”?  "Azəriqaz"dan açıqlama like
  • 22 Noy 20:42  
Digərləri Qazın təzyiqi niyə “oynayır”? "Azəriqaz"dan açıqlama

Bəzi vətəndaşlar evlərinə gələn qazın təzyiqinin gün ərzində bir ne

arrow Ətraflı
Samirə türk jurnalistin bu sualına etiraz etdi like
  • 22 Noy 20:36  
Şou-biznes Samirə türk jurnalistin bu sualına etiraz etdi

Müğənni Samirə Əfəndi Türkiyənin "Sözcü" qəzetinə müsahib

arrow Ətraflı
“Mənim sevgilim var” like
  • 22 Noy 20:24  
Şou-biznes “Mənim sevgilim var”

"Yasak elma" serialının Yıldızı Eda Ece məşhur aşpaz Danilo Za

arrow Ətraflı
Peskovun oğlu instaqram paylaşımına görə tənqid olundu like
  • 22 Noy 20:18  
Dünya Peskovun oğlu instaqram paylaşımına görə tənqid olundu

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Mika Peskov instaqram

arrow Ətraflı
Azərbaycanlı milyonçunun nəvəsi ilin ən dəbdəbəli gecəsində  FOTO like
  • 22 Noy 20:12  
Şou-biznes Azərbaycanlı milyonçunun nəvəsi ilin ən dəbdəbəli gecəsində FOTO

Rusiyanın məşhur "Tatler" dərgisi ənənəsinə sadiq qalaraq pay

arrow Ətraflı
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 137 mina aşkarlanıb like
  • 22 Noy 19:54  
Siyasət Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 137 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməl

arrow Ətraflı