İmişli sakinindən 2,2 kq narkotik vasitə götürülüb


Kriminal 25 Okt 2021 07:22:00 174 0

İmişli sakinindən 2,2 kq narkotik vasitə götürülüb

İmişli rayon polis şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Rəsullu kənd sakini, əvvəllər məhkum olunan Nahid Zaman oğlu Əzizovun evinə baxış zamanı oradan 54 qramdan artıq heroin, 4 qramdan artıq tiryək, 9 qrama yaxın metamfetamin və 2 kiloqram 251 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Son.az APA-ya istinadən bildirir ki, N.Əzizovun evində qonaqları- əvvəllər məhkum olunmuşlar Sənan Pəhləvan oğlu İsmayılovun və Cabbar Tahir oğlu Cabbarlınının üzərilərinə baxış zamanı onlardan narkotik vasitə olan heroin götürülüb.