Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR
Digərləri 16 Mar 2026 12:34:00 186 0
Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir.
Bu xəbəri də oxu: Yuxuda uşaq paltarı görmək nə deməkdir?
Lakin statistik göstəricilər ölkədə çoxuşaqlı ailələrin sayının getdikcə azaldığını göstərir. Bu, əsasən yaşayış xərclərinin artması ilə əlaqələndirilir. Eyni zamanda ərzaq və digər gündəlik tələbat məhsullarının bahalaşması səbəbindən indiki dövrdə uşaqlara baxmaq əvvəlki illərlə müqayisədə daha çətinləşib.
Son.az BAKU.WS-ə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu səbəbdən sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsini təklif edir:
"Təşəbbüsə əsasən, çoxuşaqlı ailə statusunun mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrə də şamil edilməsi nəzərdə tutulur. Bu halda belə ailələr dövlət büdcəsindən aylıq müavinət ala, eyni zamanda uşaqların sayından asılı olaraq valideynlər üçün erkən pensiya imkanları yaradıla bilər. Məsələn, təklifə görə, ailədə üç uşaq olduqda pensiya yaşının bir neçə il azaldılması mümkün ola bilər".
Qeyd edək ki, rəqəmlər də demoqrafik azalmanı göstərir. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq dünyaya gəldiyi halda, 2025-ci ildə bu göstərici 100 minin altına düşüb.
Beynəlxalq təcrübədə isə ailə siyasətində uşaqların sayı əsas meyarlardan biri hesab olunur. Avropa ölkələrində sosial dəstək mexanizmləri geniş tətbiq edilir, ödənişlər artıq ikinci uşaqdan başlayaraq verilir.
Türkiyəli məşhur aktrisa Hande Ataizi açıqlaması ilə diqət çəkib.
Müharibələr demək olar ki, heç vaxt qalib tərəfin qələbə elan etdiyi a
Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən ası
Bərdə Rayon İcra Hakimiyyətində 43 vəzifə ləğv edilib.
İrandan bu gün 00:00-12:00 aralığında 1-i uşaq olmaqla 4 Azərbaycan vət�
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti
Müasir həyat ritmi, stress, texnologiyadan həddindən artıq istifadə və qe
Türkiyədə sosial şəbəkələrdə yayılan bir video böyük rezonans doğur
Mətbəxdə ətin sərtliyindən şikayət edirsinizsə, bahalı cihazlara ehtiy
İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı t
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsil�
Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş
1954-cü ilin fevralında həbs olunması ərəfəsində Mir Cəfər Bağırovun
Paytaxtın Yeni Ramana qəsəbəsində ətin qiymətində artım müşahidə olu
