Tam ölçülü yumşaq bulka xəmiri resepti


Digərləri 10 Mar 2026 07:07:00 81 0

Tam ölçülü yumşaq bulka xəmiri resepti

Bu resept həm asan yoğrulan, həm də bişdikdən sonra uzun müddət yumşaq qalması ilə səhər yeməkləri və çay saatları üçün ideal seçimdir.

Son.az lazım olan ərzaqları təqdim edir:

1 stəkan ilıq süd

1 stəkan ilıq su

1 stəkan duru yağ (günəbaxan)

2 xörək qaşığı şəkər tozu

1 çay qaşığı duz

1 paket instant maya (və ya yarım paket yaş maya)

1 ədəd yumurta (sarısını üzəri üçün ayırın)

5 - 5,5 stəkan un (tədricən əlavə edilməli)

Hazırlanma Qaydası Yoğurma qabına ilıq südü, ilıq suyu, duru yağı, şəkər tozunu və mayanı əlavə edib qarışdırın. (Mayanın aktivləşməsi üçün bir neçə dəqiqə gözləyə bilərsiniz).

Üzərinə yumurta ağını və duzu əlavə edərək qarışdırmağa davam edin.

Unu nəzarətli şəkildə az-az əlavə edin. Ələ yapışmayan, lakin çox yumşaq bir xəmir əldə edənə qədər yoğurun.

Xəmirin üzərini örtün və isti bir yerdə təxminən 40 dəqiqə mayalanmağa qoyun.

Mayalanan xəmirdən naringi böyüklüyündə parçalar qopardın. İstədiyiniz içliyi (pendir, kartof və s.) qoyaraq forma verin.

Bulkaları yağlı kağız sərilmiş soba listinə düzün. Üzərinə ayırdığınız yumurta sarısını çəkin, küncüt və ya qara zirə səpin.

Əvvəlcədən 180°C qızdırılmış sobada üzəri qızarana qədər (təxminən 20-25 dəqiqə) bişirin.

Mayanın sirri: Süd və su mütləq ilıq olmalıdır. Çox isti olsa mayanı "yandırar", soyuq olsa xəmir gec gələr.

Unun miqdarı: Unu birdən tökməyin. Xəmiriniz nə qədər yumşaq olarsa, bişəndən sonra da bir o qədər pambıq kimi olar.

Sini mayası: Bulkaları formaya salıb siniyə düzdükdən sonra sobaya qoymazdan əvvəl 10-15 dəqiqə təpçidə gözlətsəniz, daha yaxşı qabararlar.

Süd yoxdursa eyni miqdarda qatıqdan istifadə edə bilərsiniz (bu, xəmirə yüngül nəmlik verər).

Daha ətirli olmasını istəyirsinizsə, duru yağın bir hissəsini əridilmiş kərə yağı ilə əvəz edin.

Şəkər yerinə mayalanmanı sürətləndirmək və fərqli dad vermək üçün 1 xörək qaşığı bal da əlavə etmək olar. Lalə Qüdrətova Son.az

Süni intellekt inteqrasiyası: İnsansız iş dünyası mümkün deyil like
  • 10 Mar 04:04  
Digərləri Süni intellekt inteqrasiyası: İnsansız iş dünyası mümkün deyil

Süni intellekt iş həyatının gələcəyini böyük sürətlə yenidən form

arrow Ətraflı
"Atam yaşda sənətçini hər gün efirdə görəndə utanıram" like
  • 10 Mar 03:03  
Şou-biznes "Atam yaşda sənətçini hər gün efirdə görəndə utanıram"

Müğənni Elnur Məmmədov "Mədəni şou" verilişində qonaq olub.

arrow Ətraflı
Qədim insanlar uzun və sağlam ömür sürməyin sirrini necə axtarırdılar? like
  • 10 Mar 01:01  
Dünya Qədim insanlar uzun və sağlam ömür sürməyin sirrini necə axtarırdılar?

Bu gün olduğu kimi, antik dövrlərdə də insanlar uzun və sağlam həyatın

arrow Ətraflı
Pakistanda müharibəyə görə məktəblər bağlandı, iş rejimi evə köçürüldü like
  • 10 Mar 00:26  
Dünya Pakistanda müharibəyə görə məktəblər bağlandı, iş rejimi evə köçürüldü

ABŞ və İsrailin eyni vaxtda İrana hücum etməsi ilə başlayan müharibəni

arrow Ətraflı
Müctəba Xameneinin sağ qalmaq şansı yoxdur  Tramp like
  • 10 Mar 00:08  
Digərləri Müctəba Xameneinin sağ qalmaq şansı yoxdur Tramp

Müctəba Xameneinin sağ qalmaq şansı yoxdur və onu qarşıda çətin bir d�

arrow Ətraflı
Bu gün Novruzun üçüncü  Yel çərşənbəsidir like
  • 10 Mar 00:02  
Digərləri Bu gün Novruzun üçüncü Yel çərşənbəsidir

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir.

arrow Ətraflı
Günün qoroskopu: Münasibətlərdə şirin cümlələr sizə kifayət etmir like
  • 10 Mar 00:01  
Digərləri Günün qoroskopu: Münasibətlərdə şirin cümlələr sizə kifayət etmir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bugünkü imtahanda suallar şagirdləri çətin vəziyyətə saldı – NARAZILIQ like
  • 10 Mar 00:00  
Digərləri Bugünkü imtahanda suallar şagirdləri çətin vəziyyətə saldı – NARAZILIQ

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səv

arrow Ətraflı
Mema Rusiyanın qələbəsini elan etdi like
  • 09 Mar 23:50  
Dünya Mema Rusiyanın qələbəsini elan etdi

Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü

arrow Ətraflı
Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub  Azərbaycandakı qətlin təfərrüatı like
  • 09 Mar 23:22  
Kriminal Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub Azərbaycandakı qətlin təfərrüatı

Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətif

arrow Ətraflı
İran səfiri Türkiyə XİNə çağırıldı like
  • 09 Mar 22:20  
Digərləri İran səfiri Türkiyə XİNə çağırıldı

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıl�

arrow Ətraflı
Mələkxanım Eyubovaya Rusiyada mükafat verdilər like
  • 09 Mar 22:04  
Şou-biznes Mələkxanım Eyubovaya Rusiyada mükafat verdilər

Xalq artisti Mələkxanım Eyubova Rusiyada mükafata layiq görülüb.

arrow Ətraflı
“Mən də sizin qədər bezmişəm”  Vens like
  • 09 Mar 21:48  
Dünya “Mən də sizin qədər bezmişəm” Vens

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens amerikalıların əksəriyyəti kimi siy

arrow Ətraflı
Edis və Adem Kılıççının narkotik testinin nəticələri bəlli oldu like
  • 09 Mar 21:35  
Şou-biznes Edis və Adem Kılıççının narkotik testinin nəticələri bəlli oldu

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsind�

arrow Ətraflı
Trampdan Xameneinin oğlunun seçilməsinə ilk reaksiya like
  • 09 Mar 21:30  
Dünya Trampdan Xameneinin oğlunun seçilməsinə ilk reaksiya

İranda Əli Xameneinin ölümündən sonra yeni dini rəhbər seçilməsinə A

arrow Ətraflı