Pakistanda müharibəyə görə məktəblər bağlandı, iş rejimi evə köçürüldü


Dünya 10 Mar 2026 00:26:00 95 0

Pakistanda müharibəyə görə məktəblər bağlandı, iş rejimi evə köçürüldü

ABŞ və İsrailin eyni vaxtda İrana hücum etməsi ilə başlayan müharibənin təsiri özünü göstərməyə başlayıb. Müharibə səbəbindən neft qiymətlərinin artması fonunda Pakistanın Baş naziri Şahbaz Şərif yanacaq istehlakını azaltmaq tədbirləri çərçivəsində məktəblərin iki həftəlik bağlanacağını və dövlət işlərinin onlayn formata keçiriləcəyini elan edib.

Son.az xəbər verir ki, Pakistanda bütün ibtidai və orta məktəblər iki həftəlik tətilə göndərilib.

Dövlət qurumlarında iş həftəsi 4 günə endirilib və işçilərin 50%-nin evdən işləməsi məcburi hala gətirilib.

Dövlət avtomobillərinə ayrılan yanacaq limitləri iki ay müddətinə yarıbayarı azaldılıb.

Pakistanın Baş naziri Şahbaz Şərif bazar ertəsi xalqa müraciətində Yaxın Şərqdə alovlanan müharibənin qlobal neft qiymətlərini rekord həddə çatdırması ilə əlaqədar radikal enerji qənaəti paketi açıqlayıb. Baş nazir ölkə daxilində məktəblərin bağlanacağını və dövlət işçiləri üçün hibrid iş modelinə keçiləcəyini bəyan edib.

Yaxın Şərqdəki müharibənin Hörmüz boğazı vasitəsilə neft daşınmasını ləngitməsi Pakistanda yanacağın litrinin qiymətində tarixi artımlara səbəb olub. İqtisadi yükü yüngülləşdirmək məqsədilə qəbul edilən qərarlar çərçivəsində:

Bütün ibtidai və orta məktəblər iki həftəlik tətil edib. Universitetlər isə nəqliyyat xərclərini sıfırlamaq üçün tamamilə onlayn təhsilə keçib.

Dövlət müəssisələrində (banklar istisna olmaqla) iş həftəsi 4 günə endirilib, personalın yarısının evdən işləməsi tələb olunub.

Təcili xidmətlər xaricində, rəsmi avtomobillərin 60%-nin hərəkətinə qadağa qoyulub.

Baş nazir Şahbaz Şərif açıqlamasında bildirib:

"Qlobal müharibənin alovlandırdığı bu enerji böhranı qarşısında iqtisadiyyatımızı sabitləşdirmək üçün çətin qərarlar qəbul etməli idik. Məqsədimiz valyuta ehtiyatlarımızı qorumaq və xalqımızın üzərindəki inflyasiya yükünü minimuma endirməkdir."

Hökumət həmçinin nazirlərin maaşlarından imtina etməsi, lüks istehlakın dayandırılması və dövlət idarələrində kondisioner istifadəsinə məhdudiyyət qoyulması kimi əlavə qənaət tədbirlərini də qüvvəyə mindirib. Lalə Qüdrətova Son.az

Müctəba Xameneinin sağ qalmaq şansı yoxdur  Tramp like
  • 10 Mar 00:08  
Digərləri Müctəba Xameneinin sağ qalmaq şansı yoxdur Tramp

Müctəba Xameneinin sağ qalmaq şansı yoxdur və onu qarşıda çətin bir d�

arrow Ətraflı
Mələkxanım Eyubovaya Rusiyada mükafat verdilər like
  • 09 Mar 22:04  
Şou-biznes Mələkxanım Eyubovaya Rusiyada mükafat verdilər

Xalq artisti Mələkxanım Eyubova Rusiyada mükafata layiq görülüb.

arrow Ətraflı
İranda bu şəxslərin əmlakları müsadirə ediləcək like
  • 09 Mar 20:57  
Digərləri İranda bu şəxslərin əmlakları müsadirə ediləcək

İran Baş Prokurorluğu ABŞ və İsraillə əməkdaşlıq etdiyi iddia edilən

arrow Ətraflı
İtkin düşən kişi axtarılır like
  • 09 Mar 20:50  
Digərləri İtkin düşən kişi axtarılır

Martın 8-də Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən əziyy�

arrow Ətraflı
Dövlət Simfonik Orkestrinin növbəti konsert proqramı təqdim olundu – FOTO like
  • 09 Mar 18:23  
Kriminal Dövlət Simfonik Orkestrinin növbəti konsert proqramı təqdim olundu – FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində di

arrow Ətraflı
Hakan Fidan Ceyhun Bayramova zəng etdi like
  • 09 Mar 17:55  
Siyasət Hakan Fidan Ceyhun Bayramova zəng etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri

arrow Ətraflı
İsrail Livandakı "Rus Evi"ni vurdu like
  • 09 Mar 17:35  
Dünya İsrail Livandakı "Rus Evi"ni vurdu

İsrail Livandakı "Rus Evi"ni vurub. 

arrow Ətraflı
Azərbaycan və Portuqaliya XİN rəhbərləri bu məsələləri müzakirə ediblər like
  • 09 Mar 17:15  
Siyasət Azərbaycan və Portuqaliya XİN rəhbərləri bu məsələləri müzakirə ediblər

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Azərbaycan Respublikasının

arrow Ətraflı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik"  Azərbaycan MN like
  • 09 Mar 16:47  
Siyasət "Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" Azərbaycan MN

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Respublikasının ərazisinə qarşı

arrow Ətraflı
Məşhur məşqçi 55 yaşında dünyasını dəyişdi like
  • 09 Mar 16:32  
Digərləri Məşhur məşqçi 55 yaşında dünyasını dəyişdi

Türkiyəli məşqçi Engin Fırat 55 yaşında vəfat edib.

arrow Ətraflı
Türkiyə MN İrandan atılan ballistik raketlə bağlı açıqlama YAYDI like
  • 09 Mar 16:15  
Dünya Türkiyə MN İrandan atılan ballistik raketlə bağlı açıqlama YAYDI

"İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballisti

arrow Ətraflı
Gəncədə ağır QƏZA: Xəsarət alanlar var like
  • 09 Mar 15:24  
Digərləri Gəncədə ağır QƏZA: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ceyhun Bayramov almaniyalı həmkarı ilə DANIŞDI like
  • 09 Mar 15:07  
Siyasət Ceyhun Bayramov almaniyalı həmkarı ilə DANIŞDI

Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful A

arrow Ətraflı
DİM imtahan keçirdi: nəticələr nə vaxt açıqlanacaq? like
  • 09 Mar 14:42  
Digərləri DİM imtahan keçirdi: nəticələr nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil s

arrow Ətraflı