Kartof niyə bu qədər BAHALAŞIB? Xaricə 59 qəpiyə, daxili bazarda 1 manatdan ÇOX
Digərləri 23 Fev 2026 17:55:00 122 0
Bu il xaricə kartofun kiloqramını 59 qəpiyə satmışıq. Bu rəqəmlər rəsmi mənbələrdə qeyd olunub.
Bu xəbəri də oxu: Hava kəskin DƏYİŞİR Yağış intensivləşəcək, qar yağacaq PROQNOZ
Son.az xəbər verir ki, açıqlanan məlumatlarda qeyd olunub ki, ötən ilin eyni dövründə bu göstərici 0,30 dollar (təxminən 51 qəpik) olub. Bu isə o deməkdir ki, orta ixrac qiyməti illik müqayisədə 16,7% artıb.
Hazırda Azərbaycan bazarında yerli kartofun bir kiloqramının qiyməti 1-1.5 manat arası təklif olunur. İqtisadçılar tərəfindən aman-zaman yerli istehsalın daxili bazarı təmin etmədiyi qeyd olunur.
Bəs niyə xaricə kartof 59 qəpiyə gedir, amma daxildə 1-1.5 manatdan satılır?
İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya deyib ki, xaricə göndərilən kartofun qiymətinin aşağı olması bir neçə səbəblə izah oluna bilər:
"Xarici bazarlarda tələbat, valyuta fərqləri, məhsulun maya dəyərı və ixracçı şirkətlərin rəqabəti qiymətləri aşağı sala bilər. Məsələn, Azərbaycan fermeri dizel yanacağının 1,1 manata, iranlı fermər isə 60 dəfə ucuz, yəni 2 qəpiyə alır və bu məhsulun maya dəyərini ciddi şəkildə aşağı salır". Akif Nəsirlinin sözlərinə görə, daxili bazarda isə tələb daha stabil və daimi olduğundan qiymətlər nisbətən yüksək olur: "Bundan başqa, daşınma, satıcı marjası və digər xərclər daxili qiymətə təsir edir".
"Fermerlər üçün ixrac, yoxsa daxili bazar daha sərfəlidir" sualına cavab olaraq ekspert bildirib ki, sərfəlilik vəziyyətindən asılıdır:
"Əgər ixrac üçün xərclər (daşıma, gömrük, vergi) çox deyilsə və xarici bazar həcmi böyükdürsə, ixrac sərfəli ola bilər. Amma daxili bazarda daha yüksək qiymət olarsa, fermer məhsulu ölkə daxilində satmaqla daha çox gəlir əldə edə bilər". Dövlətin daxili bazar və ixracat arasındakı qiymət fərqini tənzimləməsi haqqında da danışan Akif Nəsirli deyib ki, qiymətlər bir neçə üsulla tənzimlənə bilər:
"Məsələn, ixrac rüsumları və ya kvotalar tətbiq edərək xaricə çıxan məhsulu məhdudlaşdıra, subsidiya və dəstək proqramları ilə daxili satışları stimullaşdıra, yaxud fermerlərə birbaşa alış qiyməti zəmanəti verə bilər. Bu, həm daxili bazarda qiymət stabilliyini təmin edir, həm də fermerləri qoruyur".
Son.az
Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının
Müğənni Günel Məmmədli (Nəfəs) sosial şəbəkə vasitəsilə müraciət
Sumqayıt şəhərində partlamamış hərbi sursat aşkarlanıb.
Televiziya efirində növbəti barışıq anları yaşanıb.
Özünü mərhum xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edə
Thai Ngoc adlı 80 yaşlı Vyetnam sakininin təxminən 60 ildir yatmadığı id
Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu
4 mart 2026-cı il tarixində "Nadir Events"in təşkilatçılığı i
Audiovizual Şuranın mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən m�
Uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan tür
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
ARB TV-nin "Günə Uğurla" verilişində 7 ildən sonra Xalq artisti
Naməlum şəxs Almaniyanın cənubundakı Vürsburq şəhərinin əsas dəmir y
