Ceyhun Bayramov Serinq Modou Njie ilə danışdı
Siyasət 23 Fev 2026 17:30:00 85 0
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: Bayramov Fuad Oqtay və Nikoloz Şamxaradze ilə görüşdü
Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan ilə Qambiya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Ötən ilin sentyabr ayında imzalanmış "Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"na uyğun olaraq, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında qısa müddət ərzində siyasi məsləhətləşmələrin keçirilməsinin önəmi vurğulanıb.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin qarşıdan gələn sədrliyi, eləcə də bu çərçivədə keçiriləcək mötəbər tədbirlərə hazırlıq planları ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, ölkəmizdə bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumu barədə qarşı tərəfə məlumat verilib.
Telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Müğənni Günel Məmmədli (Nəfəs) sosial şəbəkə vasitəsilə müraciət
Sumqayıt şəhərində partlamamış hərbi sursat aşkarlanıb.
Televiziya efirində növbəti barışıq anları yaşanıb.
Özünü mərhum xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edə
Thai Ngoc adlı 80 yaşlı Vyetnam sakininin təxminən 60 ildir yatmadığı id
Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu
4 mart 2026-cı il tarixində "Nadir Events"in təşkilatçılığı i
Audiovizual Şuranın mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən m�
Uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan tür
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
ARB TV-nin "Günə Uğurla" verilişində 7 ildən sonra Xalq artisti
Naməlum şəxs Almaniyanın cənubundakı Vürsburq şəhərinin əsas dəmir y
Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətin
Azərbaycanda suyun qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. B
