Hərbçilər üçün MAXE müddəti azaldılır
Digərləri 20 Fev 2026 14:11:00 79 0
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlanma müddətinin 3 ildən 6 ayadək azaldılacaq.
Bu xəbəri də oxu: Bakının bu ərazisində QAZ KƏSİLƏCƏK XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 12-ci maddəsinin "b" bəndində də nəzərdə tutulub.
Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.
Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.
Milli Məclisin 2026-cı il yaz sessiyasının növbəti plenar iclasının tari
Vəkil Şəfiqə Nağıyevanın səsləndirdiyi fikirlər sosial şəbəkələrd
Hollivudun əfsanəvi aktrisalarından biri olan Merilin Monronun Palm Sprinqsd�
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadü
Məşhur prodüser Asif Kərimov maraqlı açıqlama verib.
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə sat
Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elekt
Sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən bloqer məsuliyyətə
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qurban
Fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyiş
Bakının Nizami rayonunda qızıl mağazası qarət olunub.
Əfqanıstanda qadınlara qarşı zorakılıqla bağlı yeni qanun qəbul edildi
Görüşdə sahibkarlarla Yardımlı rayonunda biznesin inkişaf etdirilməsi ü
10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi və baş mühas
