Bu bloqer yarıçılpaq videolarına görə CƏZALANDIRILDI
Digərləri 20 Fev 2026 13:32:00 78 0
Sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən bloqer məsuliyyətə cəlb edilib.
Bu xəbəri də oxu: Agentliyin iki qurumu yenidən təşkil olunaraq QSC statusu aldı FƏRMAN
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Z.Kərimovanın instaqram hesabında ictimai mənəviyyata zidd hərəkətlər etməsi müəyyən olunub.
Belə ki, onun instaqramda 150 min nəfər izləyicisi olan səhifədə videolar çəkərək bədəninin müxtəlif hissələrini nümayiş etdirməklə öz mobil nömrəsini paylaşdığı müəyyənləşib. Onun hər hansı geyimi təbliğ etmək məqsədi olmayıb. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evində çəkilən, 68.000 istifadəçi tərəfindən bəyənilən və əxlaq normalarına uyğun gəlməyən, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq cəmiyyətə açıqcasına hörmətsizlik ehtiva edən hərəkətlər xırda xuliqanlıq hesab olunub.
Faktla bağlı olaraq Abşeron RPİ tərəfindən Z.Kərimova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.
O, izahatında bildirib ki, qadın cazibəsini nümayiş etdirmək məqsədilə bu kimi videolar çəkərək paylaşıb.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə bloqer 750 manat cərimə olunub.
Qeyd edək ki, 510.2-ci maddə İnzibati Xətalar Məcəlləsinə bu ilin 26 yanvar tarixindən daxil edilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qurban
Fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyiş
Bakının Nizami rayonunda qızıl mağazası qarət olunub.
Əfqanıstanda qadınlara qarşı zorakılıqla bağlı yeni qanun qəbul edildi
Görüşdə sahibkarlarla Yardımlı rayonunda biznesin inkişaf etdirilməsi ü
10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi və baş mühas
Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat
Azərbaycanlı müğənni Mənzurə Musayevanın son görüntüsü sosial şəb�
33 il itkin kimi qeydiyyatda olan şəhidin Zibeydə Əhmədova Xocalı rayon Ş
"Ramazan ayında uşaqları aclıqdan qorumaq daha məqsədəuyğundur və
Amerika Birləşmiş Ştatlarından olan naməlum təyyarə Rusiyanın ərazisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş �
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Müğənni Elçin Hüseynovun əməliyyat prosesinə aid olduğu bildirilən gö
