Azərbaycan hibrid hücum qarşısında: Kremlin Qarabağ və informasiya kartları iflasa uğradı


Siyasət 19 Fev 2026 12:40:00 78 0

Azərbaycan hibrid hücum qarşısında: Kremlin Qarabağ və informasiya kartları iflasa uğradı

Son həftələr sosial media məkanında Azərbaycana, xüsusilə də Prezidentə və onun ailə üzvlərinə qarşı başladılan koordinasiyalı çirkli kampaniya təsadüfi emosional çıxışların toplamı deyil. Bu, sistemli, planlı və mərkəzdən idarə olunan informasiya təxribatıdır. Və izlər birbaşa Kremlə gedib çıxır.

Etibarlı mənbədən aldığım məlumata görə, bu proses Rusiyanın Azərbaycana qarşı genişləndirdiyi hibrid müharibənin yeni mərhələsidir. Əgər əvvəlki mərhələdə əsas alət kiber hücumlar idisə, indi informasiya terroru ön plana çəkilib. Dövlət qurumlarına, media resurslarına, infrastruktur sistemlərinə qarşı genişmiqyaslı kiber zərbələr endirildi. Bu hücumların texniki arxitekturası, istifadə olunan server zəncirləri və koordinasiya mərkəzləri barədə Azərbaycan tərəfdə kifayət qədər məlumat var. İndi isə taktika dəyişib: hədəf cəmiyyətin psixoloji dayanıqlığıdır.

Hazırkı mərhələdə önə atılan fiqurlar Mehman və Emin Hüseynov qardaşları kimi siyasi klounlardır. Onların sosial şəbəkələrdə səsləndirdiyi ittihamlar nə faktoloji baza, nə hüquqi əsas, nə də ictimai legitimlik baxımından ciddi qəbul edilə bilər. Lakin burada məsələ onların kimliyi deyil, istifadə olunma mexanizmidir.

Mənbənin bildirdiyinə görə, bu klounadadan gözlənilən effekt alınmadığı üçün növbəti mərhələdə Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin prosesə cəlb olunması planlaşdırılır.

Bu ailəyə müxtəlif təsir mexanizmləri tətbiq olunub və informasiya kampaniyasına qoşulmaq üçün təzyiq elementləri istisna deyil. Azərbaycan tərəfdə bununla bağlı operativ məlumatın olduğu bildirilir.Bəs Moskvanı bu çirkin kampaniyaya vadar edən nədir?

Birincisi, məsələ Azərbaycanın müstəqil siyasət kursudur.

Bakı artıq kənardan idarə olunan periferik aktor deyil. Azərbaycan regional balansın obyekti yox, subyekti kimi çıxış edir. Enerji təhlükəsizliyi xəritəsində Cənub Qaz Dəhlizi, Avropaya qaz ixracının artımı, Orta Dəhlizin real alternativ marşrut kimi formalaşması, Xəzər üzərindən logistika zəncirinin gücləndirilməsi - bunlar sadəcə iqtisadi layihə deyil, geosiyasi güc rıçaqlarıdır. Azərbaycan həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik müstəvisində müstəqil qərar verən ölkəyə çevrilib.

Moskva üçün əsas problem də budur: Bakı artıq razılaşdırılmış çərçivə daxilində hərəkət etmir, öz oyununu qurur və bu oyunda qalib mövqedədir.

İkincisi, iki əsr boyunca qurulan və saxlanılan "erməni problemi" mexanizminin sıradan çıxmasıdır.

Çar Rusiyasından başlayaraq imperiya siyasətinin əsas alətlərindən biri bölgədə süni balans və idarə olunan münaqişə yaratmaq idi. Qarabağ məsələsi Moskva üçün təsir vasitəsi idi. Bu kart vasitəsilə region dövlətləri üzərində təzyiq saxlanılırdı. Lakin Qarabağ məsələsinin qəti həlli bu mexanizmi dağıtdı. Rusiya sülhməramlı kontingentinin gözləntiləri doğrulmadı, Ruben Vardanyan layihəsi iflasa uğradı, separatçı struktur ləğv olundu. Bu, Moskva üçün taktiki yox, strateji itki idi. Çünki Cənubi Qafqazda ən güclü təsir aləti əldən çıxdı.

Üçüncüsü, Azərbaycanın Qərblə, xüsusilə də ABŞ ilə münasibətlərində yeni dinamika formalaşıb. Prezident İlham Əliyevlə prezident ABŞ Tramp arasında qurulan birbaşa siyasi dialoq təsadüfi diplomatik jest deyil, strateji xəttdir.

TRİPP çərçivəsində əməkdaşlıq, yüksək səviyyəli qarşılıqlı səfərlər, ABŞ vitse prezidentinin Bakıya gəlişi, imzalanan xartiya sənədləri göstərir ki, Azərbaycan Vaşinqton üçün artıq alternativsiz tərəfdaşlardan biridir. Enerji təhlükəsizliyi, Orta Asiya ilə əlaqə, regionda sabitlik - bütün bunlarda Bakı açar rol oynayır. Kreml isə bunu öz təsir zonasının daralması kimi qəbul edir. Çünki Cənubi Qafqazda ABŞ ilə dərinləşən əməkdaşlıq Moskvanın geosiyasi balansını pozur.

Dördüncüsü, ölkə daxilində beşinci kolonun ifşası və uzun illər sistem daxilində paralel təsir mexanizmi yaratmış fiqurların zərərsizləşdirilməsidir. Ramiz Mehdiyev kimi şəxslərin təsir imkanlarının sıradan çıxarılması təkcə kadr dəyişikliyi deyildi. Bu, illərlə formalaşdırılmış qeyri rəsmi təsir kanallarının bağlanması demək idi. Moskva üçün ən rahat model daxildə dayaqları olan ölkə idi. Həmin dayaqlar zəiflədikcə, xaricdən təzyiq mexanizmləri işə salınır. İnformasiya kampaniyalarının intensivləşməsi də məhz bu mərhələyə təsadüf edir.

Beşincisi, AZAL hadisəsi zamanı Prezidentin nümayiş etdirdiyi prinsipial mövqedir. Bakı açıq şəkildə göstərdi ki, istənilən təzyiq qarşısında geri addım atmayacaq. Diplomatik manevr imkanları saxlanılsa da, dövlət maraqları qırmızı xətt kimi qorunur. Bu, Moskvaya verilmiş açıq mesaj idi: Azərbaycan artıq şərtləri qəbul edən tərəf deyil, şərt qoyan tərəfdir. Bütün bu faktorlar birlikdə Kremlin narahatlığını izah edir. Müstəqil siyasət, Qarabağda qəti nəticə, ABŞ ilə yaxınlaşma, daxildə təsir şəbəkələrinin zəiflədilməsi və prinsipial dövlət mövqeyi - bunların hər biri ayrıca səbəbdir. Birlikdə isə bu, Rusiyanın Cənubi Qafqaz strategiyasının çökməsi deməkdir. Və məhz buna görə informasiya hücumları, qarayaxma kampaniyaları və xüsusi xidmət alətləri aktivləşdirilir. Lakin reallıq dəyişib. Azərbaycan artıq təzyiq obyektinə yox, güc mərkəzinə çevrilib.

Və nəhayət, Ruben Vardanyan amili. Moskvanın Qarabağa böyük ümidlərlə göndərdiyi bu fiqurun həbsi və mühakimə olunması Rusiyada ciddi hiddət doğurub. Çünki Vardanyan layihəsi iflasa uğradı. Onun vasitəsilə bölgədə yeni təsir mexanizmi qurmaq planı puça çıxdı.

Azərbaycan isə baş verənlərin hamısını diqqətlə izləyir. Rusiyanın atdığı addımlar da, planlaşdırdığı növbəti gedişlər də Bakıya məlumdur. Kimlərinsə bu təxribatların cavabsız qalacağını düşünməsi sadəlövhlükdür. Dövlət öz təhlükəsizlik arxitekturasını qurub və informasiya müstəvisində də adekvat cavab mexanizmləri mövcuddur. Hibrid müharibə səssiz aparılır, lakin nəticələri çox gur səslənir. Kreml bunu bilməlidir: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Təzyiq dili burada işləmir.

Rusiya hansı addımı atdığını da, sabah nə planlaşdırdığını da Azərbaycan çox yaxşı bilir.

Heç kim özünü aldatmasın.

Əgər Moskvada kimlərsə hesab edirsə ki, bu davranışlar səssiz qalacaq, sərt reaksiya doğurmayacaq və cavabsız ötüşəcək - bu, təhlükəli illüziyadır.

Azərbaycan nə təzyiqi qəbul edir, nə də arxadan qurulan planları bağışlayır. Hər addımın qarşılığı olacaq.

Son.az  

"İnanmırlar ki, mənim gözəllikdə xanım TƏKDİR" like
  • 19 Fev 12:30  
Şou-biznes "İnanmırlar ki, mənim gözəllikdə xanım TƏKDİR"

"Zülmlə işləyib ev almışam, kasıbı neynirəm ƏRƏ GETMƏYƏ"

arrow Ətraflı
Bu tarixdən BakıLaçın reysi fəaliyyətə başlayır  QİYMƏT like
  • 19 Fev 12:29  
Digərləri Bu tarixdən BakıLaçın reysi fəaliyyətə başlayır QİYMƏT

"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunm

arrow Ətraflı
Hava kəskin dəyişir, dərəcə düşür  Nazirlikdən XƏBƏRDARLIQ like
  • 19 Fev 12:22  
Digərləri Hava kəskin dəyişir, dərəcə düşür Nazirlikdən XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən hava şər

arrow Ətraflı
May ayında nəqliyyat PULSUZ OLACAQ  Bu şəxslərə like
  • 19 Fev 12:17  
Digərləri May ayında nəqliyyat PULSUZ OLACAQ Bu şəxslərə

Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyas

arrow Ətraflı
"Cresent Mall"ın qarşısında bədbəxt HADİSƏ  Qadın ÖLDÜ like
  • 19 Fev 12:16  
Digərləri "Cresent Mall"ın qarşısında bədbəxt HADİSƏ Qadın ÖLDÜ

Bakının Nəsimi rayonunda mərkəzi prospektlərindən biri olan Neftçilər p

arrow Ətraflı
Motosikletlə "avtoş"luq edən həbs olundu like
  • 19 Fev 12:01  
Digərləri Motosikletlə "avtoş"luq edən həbs olundu

Bakıda motosikletlə avtoxuliqanlıq edən həbs olunub.

arrow Ətraflı
Bu gün 4 minə yaxın abonentin qazı KƏSİLƏCƏK like
  • 19 Fev 11:53  
Digərləri Bu gün 4 minə yaxın abonentin qazı KƏSİLƏCƏK

Sabah saat 14:00-dan etibarən Zərdab şəhərində 3 800 abonentin qaz təchiz

arrow Ətraflı
ABŞ bu ölkədən qoşunlarını çıxarır like
  • 19 Fev 11:48  
Dünya ABŞ bu ölkədən qoşunlarını çıxarır

ABŞ yaxın iki ay ərzində Suriyadakı təxminən min hərbçisini tam şəkil

arrow Ətraflı
Elnar Allahverdiyev 40 kq narkotiklə tutuldu like
  • 19 Fev 11:36  
Digərləri Elnar Allahverdiyev 40 kq narkotiklə tutuldu

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zama

arrow Ətraflı
Zaur efirdən GEDİR: “Nöqtəni qoyub gedəcəyəm” like
  • 19 Fev 11:30  
Şou-biznes Zaur efirdən GEDİR: “Nöqtəni qoyub gedəcəyəm”

Aparıcı Zaur Baxşəliyev səsləndirdiyi fikirlərlə yenidən gündəmə gə

arrow Ətraflı
Azərbaycanda toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR? like
  • 19 Fev 11:24  
Digərləri Azərbaycanda toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?

Ölkəmizdə toylarımızda süfrələr çeşidliyi və bolluğu ilə fərqləni

arrow Ətraflı
Zaur İbrahimov vəzifəsindən azad EDİLDİ like
  • 19 Fev 11:20  
Digərləri Zaur İbrahimov vəzifəsindən azad EDİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (SSƏMN) yanında Sosial Xidm�

arrow Ətraflı
Ölkə üzrə pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK like
  • 19 Fev 11:11  
Digərləri Ölkə üzrə pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK

Fevralın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdı

arrow Ətraflı
Ərəstun Oruclu azadlıqdan məhrum EDİLDİ like
  • 19 Fev 11:10  
Digərləri Ərəstun Oruclu azadlıqdan məhrum EDİLDİ

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun ci

arrow Ətraflı