Restoranlardakı iftar menyuları dinə ziddir İlahiyyatçıdan AÇIQLAMA
Digərləri 19 Fev 2026 10:00:00 82 0
Restoranlarda iftar süfrəsi üçün menyuların mövcud olduğu xəbərini vermişdik. Xatırladaq ki, iftar menyuları 30 manatdan 80-90 manata kimi dəyişir. Bəzi restoranlarda isə Ramazan ayına özəl kompaniyalar var. Həmin restoranlarda 5 nəfərlik menyu 89 manat, 10 nəfərlik menyu isə 179 manatdır.
Bu xəbəri də oxu: Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Bəs, maraqlıdır, bu tip iftar süfrələrinin verilməsi nə dərəcədə dinin tələblərinə uyğundur?
Mövzu ilə bağlı Son.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, iftar təmənnasız olmalıdır. Qurban ətini və iftarı pulla satmaq alverdir, ibadət deyil.
Onun sözlərinə görə, kafelərdə təqdim olunan menyuların adının iftar qoyulması dinə ziddir və günahdır. T.İrfan qeyd edib ki, oruc tutan adamlara kimsə iftar verirsə onun əvəzinə pul almamalıdır:
"Ramazan ayı rəhmət ayıdır, zəhmət ayı deyil. Bu ayda təmənnasız kömək etmək, səxavət göstərmək lazımdır. Restoranınlar yemək verirsə, bunun adını iftar qoyub əvəzinə ödəniş alırsa bu dindən sui-istifadə və fürsətcillikdir".
Həmsöhbətimizin dediyinə görə, Ramazan ayında vacib şərtlər odur ki, hər bir gücü yetən müsəlman Ramzanda oruc tutmalıdır. Qeyd edib ki, səfərdə olanlar, xəstələr, hamilə və süd verən qadınlar, yaşlılar oruc tutmaya bilər. Həmçinin uşaqlara da vacib deyil. Həddi buluğa çatandan sonra oruc tutmaq onlara fərz olur:
"İftar və imsak süfrələri açıb oruc tutanları dəvət etmək də savab əməllərdəndir. Amma bir şərtlə ki, bu təmənnasız olsun. Əgər təmənnalıdırsa onun adını iftar qoymaq doğru deyil. Təsəvvür edin ki, kimsə oruc tutanların dəvət edir və yeməkdən sonra onlardan pul alır. Bu necə iftar ola bilər. Ya təmənnasız verməli, ya da adını iftar qoymamalıdır".
Mina Mikayılova Son.az
Bu gün Afrika qitəsində Rus Pravoslav Kilsəsinin bayrağı altında baş ver
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr a
Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini öz
Metronun "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq
Xəbər verdiyimiz kimi, ötən gecə meyxanaçı Orxan Lökbatanlının ölüm
Mənzil tikinti kooperativlərinin (MTK) sakinlərdən tələb etdiyi "zibi
"Kızılcık şerbeti" serialının finalı ilə bağlı xəbərlər m
Dünya yollarında bir əsrdir tətbiq edilən üçrəngli svetofor sistemi kök
Türkiyənin Adana şəhərində yaşayan sim ustası Mustafa Özkan dünyada sa
Bir çoxumuz turşu və ya mürəbbə bankalarını açdıqdan sonra zədələnm
Mətbəx şkaflarında saxladığımız un, düyü, mərci və lobya kimi quru q
Bu reseptin ən böyük üstünlüyü xəmirin maya gözləmədən hazırlanmas�
İnsanlar yer üzündə çənə çıxıntısı olan yeganə canlı növüdür. H
Oruc tutarkən təxminən 15-16 saat susuz qalırıq. Düzgün qidalanmadıqda
