4 ölkə üçün Azərbaycana viza tələbi ləğv EDİLDİ RƏSMİ


Digərləri 19 Fev 2026 09:43:00 84 0

4 ölkə üçün Azərbaycana viza tələbi ləğv EDİLDİ  RƏSMİ

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün viza tələbi ləğv edilib.

Son.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni qaydaların qüvvədə olduğu dövr ərzində müvafiq ölkə vətəndaşları Azərbaycan Respublikasına üç dəfə vizasız gələ və hər girişdə 30 günədək qala bilərlər. Ölkə ərazisinə turizmdən fərqli məqsədlər ilə gəlmək və ya burada uzunmüddət qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

Həmçinin Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin, Bəhreyn Krallığının və Qətər Dövlətinin aidiyyəti dövlət qurumları tərəfindən rəsmiləşdirilmiş etibarlıq müddəti ən azı 6 ay olan müvəqqəti və ya daimi yaşayış icazələrinə malik üçüncü ölkə vətəndaşları üçün müvafiq müddət çərçivəsində bir girişli 30 günlük turizm məqsədli vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əldə edilməsi imkanı yaradılıb.

Xatırladaq ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir./Trend

Azərbaycanda həyat yoldaşına bu sözləri demək artıq qanun POZUNTUSUDUR like
  • 19 Fev 09:40  
Digərləri Azərbaycanda həyat yoldaşına bu sözləri demək artıq qanun POZUNTUSUDUR

Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini öz

arrow Ətraflı
Sərnişinlər təcili DÜŞÜRÜLDÜ  Bakı metrosunda NASAZLIQ like
  • 19 Fev 09:17  
Digərləri Sərnişinlər təcili DÜŞÜRÜLDÜ Bakı metrosunda NASAZLIQ

Metronun "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq

arrow Ətraflı
Ölüm xəbəri yayılan Orxan Lökbatanlı DANIŞDI: "Allaha tapşırıram...” like
  • 19 Fev 09:02  
Şou-biznes Ölüm xəbəri yayılan Orxan Lökbatanlı DANIŞDI: "Allaha tapşırıram...”

Xəbər verdiyimiz kimi, ötən gecə meyxanaçı Orxan Lökbatanlının ölüm

arrow Ətraflı
"Zibil pulu" qanunidir? like
  • 19 Fev 09:00  
Digərləri "Zibil pulu" qanunidir?

Mənzil tikinti kooperativlərinin (MTK) sakinlərdən tələb etdiyi "zibi

arrow Ətraflı
Daha bir serial final edə bilər like
  • 19 Fev 08:41  
Şou-biznes Daha bir serial final edə bilər

"Kızılcık şerbeti" serialının finalı ilə bağlı xəbərlər m

arrow Ətraflı
100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir like
  • 19 Fev 08:08  
Digərləri 100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir

Dünya yollarında bir əsrdir tətbiq edilən üçrəngli svetofor sistemi kök

arrow Ətraflı
Özəl sifarişlə işləyir, gündə cəmi 7 dənə istehsal edir: Günə 1000 manat qazanır like
  • 19 Fev 07:07  
Digərləri Özəl sifarişlə işləyir, gündə cəmi 7 dənə istehsal edir: Günə 1000 manat qazanır

Türkiyənin Adana şəhərində yaşayan sim ustası Mustafa Özkan dünyada sa

arrow Ətraflı
Ağıllı ev xanımları banka qapaqlarını atmır: like
  • 19 Fev 06:06  
Digərləri Ağıllı ev xanımları banka qapaqlarını atmır:

Bir çoxumuz turşu və ya mürəbbə bankalarını açdıqdan sonra zədələnm

arrow Ətraflı
Paxlalıların qurdlamasını evdəki tək məhsulla önləyin like
  • 19 Fev 05:05  
Digərləri Paxlalıların qurdlamasını evdəki tək məhsulla önləyin

Mətbəx şkaflarında saxladığımız un, düyü, mərci və lobya kimi quru q

arrow Ətraflı
Tavada ağzı bağlı, yumşaq pizza resepti like
  • 19 Fev 03:03  
Digərləri Tavada ağzı bağlı, yumşaq pizza resepti

Bu reseptin ən böyük üstünlüyü xəmirin maya gözləmədən hazırlanmas�

arrow Ətraflı
Araşdırma: İnsanların çənəyə ehtiyacı yoxdur like
  • 19 Fev 02:02  
Digərləri Araşdırma: İnsanların çənəyə ehtiyacı yoxdur

İnsanlar yer üzündə çənə çıxıntısı olan yeganə canlı növüdür. H

arrow Ətraflı
Oruc tutarkən çox susamamaq üçün  Nə etməli? like
  • 19 Fev 01:01  
Digərləri Oruc tutarkən çox susamamaq üçün Nə etməli?

Oruc tutarkən təxminən 15-16 saat susuz qalırıq. Düzgün qidalanmadıqda

arrow Ətraflı
4 kənd işıqsız qalacaq like
  • 19 Fev 00:36  
Digərləri 4 kənd işıqsız qalacaq

Fevralın 19-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-lu

arrow Ətraflı
Meyxanaçı Orxan Lökbatanlı sağdır – özü açıqladı like
  • 19 Fev 00:23  
Şou-biznes Meyxanaçı Orxan Lökbatanlı sağdır – özü açıqladı

Meyxanaçı Orxan Lökbatanlı haqqında yayılan ölüm xəbəri ilə bağlı

arrow Ətraflı
Orxan Lökbatanlının ölüm xəbəri yayıldı like
  • 19 Fev 00:21  
Şou-biznes Orxan Lökbatanlının ölüm xəbəri yayıldı

Orxan Lökbatanlının prodüseri neyxanaçının vəfat etməsi ilə bağlı id

arrow Ətraflı