Hansı hallarda “WhatsApp” yazışmaları izlənilə bilər? Ali Məhkəmə açıqladı
Digərləri 18 Fev 2026 14:46:00 49 0
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər sərgiləyib.
Bu xəbəri də oxu: “Ayıq sürücü” kimi gələn şəxs “Range Rover”dən 11 min oğurladı
Son.az xəbər verir ki, Plenum qərarında qeyd edilib ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir. Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur.
Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
O da qeyd edilməlidir ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər. Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər.
Xüsusi olaraq qeyd edilməlidir ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır, bu hal şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla mənəvi zərərin yaranma əsası hesab edilir.
Plenum qərarında həm də göstərilmişdir ki, şəxsin "WhatsApp" yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır. Yalnız valideyn yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan baxa bilər.
Amerikalı milyarder İlon Mask Netflix striminq xidmətinə onun qaradərili ob
Ceyhunun ailəsi olanda müğənnidən övladı oldu
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbat
"Titanik"in sonuncu sağ qalan sərnişini Millvina Din vəfat edib. O
Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində �
Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq.
Canlı ifası ilə tanınan müğənni Dəniz efirdə yaşadığı xoşagəlməz
İsveç Turizm Şurası beş nəfərə özəl adalar verəcəyini açıqlayıb.
Xurma həm dadlı, həm də faydalı meyvədir. Xüsusilə Ramazan ayında və s
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq rəhbəri V�
İngiltərədə işsizlik 2025-ci ilin sonunda təxminən beş ilin ən yüksə
"6 ildən köhnə nəqliyyat vasitələrinin Gürcüstana girişinin qadağ
Səbinə Selcan "Tarixin bir günü" canlı efirində şəxsi həyatı
Ramazan ayı İslam dünyasında ibadətin və həm də sağlamlığın ön pla
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Nəsimi r
