Belqradda AzərbaycanSerbiya sənədləri mübadilə olunur
Siyasət 15 Fev 2026 17:44:00 58 0
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub.
Bu xəbəri də oxu: Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir
Son.az xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç mübadilə etdilər.
"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç mübadilə etdilər.
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiya Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiya Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç mübadilə etdilər.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Serbiya Respublikasının İnformasiya və Telekommunikasiya Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın informasiya və telekommunikasiya naziri Boris Bratina mübadilə etdilər.
"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu"nu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç mübadilə etdilər.
"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu"nu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Serbbiyanın idman naziri Zoran Qayiç mübadilə etdilər.
"Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev və Serbiya Milli Tibbi Sığorta Fondunun direktoru xanım Saniyya Radojeviç mübadilə etdilər.
Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğulub ölüb.
Belqradda Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksanda
Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 15-də Belqradda Azərbay
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Pr
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ili
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya
2026-cı ilin fevral ayında bütün növ pensiyalar 9,3% indeksləşdirilib. İ
Rusiya Müdafiə Nazirliyi qadınları müqaviləli xidmətə daha fəal şəkil
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərl
"Bu sənətə illərimi qoymuşam. Bu işin zəhmətini çəkmişəm. Ağla
Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti uzadılıb.
Günəşdəki tac dəliyinin təsiri səbəbindən Yer kürəsində zəif maqnit
