Eynək istifadə edənlərin nəzərinə Hər ay şüşə dəyişdirməyə ehtiyac yoxdur
Digərləri 13 Fev 2026 02:02:00 93 0
Eynək istifadə edən şəxslərin ən çox qarşılaşdığı problemlərdən biri şüşələrin düzgün təmizlənməməsi səbəbindən qısa müddətdə cızılmasıdır. Belə hallarda insanlar şüşəni dəyişməkdən başqa çıxış yolu olmadığını düşünürlər.
Bu xəbəri də oxu: Pensiya kapitalı bu qədər artırıldı
Son.az-ın məlumatına görə, bəzi təbii üsullardan istifadə etməklə eynək şüşələrindəki cızıqların görünüşünü azaltmaq mümkündür:
Gel tərkibli olmayan diş məcunu: Eynək şüşəsinin quru və təmiz olduğuna əmin olun. Gel tərkibli olmayan ağ diş məcunundan az miqdarda götürün. Yumşaq parça ilə cızıq olan hissəyə yüngül təzyiq göstərərək dairəvi hərəkətlərlə çəkin. Həddindən artıq təzyiq etməmək vacibdir ki, şüşə səthi zədələnməsin. Daha sonra nəmli parça ilə silib qurulayın.
Vazelin: Şüşə səthini əvvəlcədən təmizləyib qurudun. Çox az miqdarda vazelini barmaqla və ya yumşaq parça ilə cızıq olan hissəyə çəkin. Vazelin cızığın içini dolduraraq görünüşünü azalda bilər. Artıq qalan hissəni təmiz parça ilə silin. Bu üsulun müvəqqəti vizual effekt verdiyini nəzərə alın.
Arı mumu: Arı mumundan çox kiçik parça götürərək cızıq olan nahiyəyə ehtiyatla çəkin. Yumşaq parça ilə səthə yayaraq cilalama hərəkətləri edin. Arı mumu nazik qat yaradaraq cızıqların nəzə çarpmasını azalda bilər. Proses zamanı güclü təzyiqdən çəkinin. Tətbiqdən sonra səth daha hamar görünə bilər.
Qabartma tozu: Əvvəlcə şüşəni toz və çirkdən təmizləyin. Bir çay qaşığı qabartma tozunu bir neçə damcı su ilə qarışdıraraq məcun halına salın. Hazırladığınız qarışığı tük buraxmayan yumşaq parça ilə cızıq olan hissəyə dairəvi hərəkətlərlə ehtiyatla çəkin. Təxminən 30-40 saniyə davam etdirmək kifayətdir. Daha sonra ilıq su ilə yuyub təmiz parça ilə qurulayın.
Mina Mikayılova Son.az
Türkiyənin ən məşhur komediyaçılarından biri olan Hasan Can Kaya haqqın
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis kameralara əks olunan son dərə
ABŞ Prezidenti Donald Tramp martda İranla saziş bağlamağı planlaşdırdı�
"Boyum 1,70-dir. Çəkim isə 57 kiloqramdır. Hərdən 58 kiloqrama qalxı
Əməkdar artist Könül Kərimova hazırlaşdığı solo konsertindən danış�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Müğənni Nadir Qafarzadə illər əvvəl küçəyə atılan qadını evinə ap
Xalq artisti Mələkxanım Eyubovanın qızı Hökümənin ad günü olub.
Sağlam qidalanma mütəxəssislərinin və məşhurların tez-tez tövsiyə etd
Aşıq Namiq Fərhatoğlu ilə müğənni Tacir Şahmalıoğlu arasındakı qalm
Niger Fransa ilə müharibəyə hazırlıq məqsədilə səfərbərlik elan edib
Astroloqların proqnozuna görə, 12 fevraldan sonra Şir bürcü üçün mühü
Şimali Koreya lideri Kim Çen In qızının varis kimi mövqeyini möhkəmlən
İran Prezidenti Məsud Pezeşkian Gülüstan əyalətində tibbi xidmətlərlə
