ABŞın Vitseprezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir


Siyasət 11 Fev 2026 22:36:00 79 0

ABŞın Vitseprezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir.

Son.az-ın məlumatına görə, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın "Associated Press", "News Nation", "Fox New", ABC, CNN, "The Washington Post", PBS, "Forbes Breaking News", "C-Span" kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.

"The Washington Post" yazır ki, səfər zamanı Vens sovet dövründən qalma dəmir yolunun tərk edilmiş hissəsini Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutuna (TRIPP) çevirəcək yeni tranzit dəhlizi planlarını açıqlayıb. Qeyd olunur ki, bu marşrut Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvan anklavı və Türkiyə ilə birləşdirəcək.

"Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Prezident Trampa Qafqazda sülhə verdiyi töhfəyə görə çox minnətdarıq", - deyə PBS Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata birgə bəyanatdakı çıxışına istinadla qeyd edir.

"Nyu York Post" yazır ki, mətbuata bəyanat zamanı Vitse-prezident Cey. Di. Vens Əfqanıstandakı ABŞ qüvvələri ilə birlikdə Azərbaycanın rolunu vurğulayıb, ABŞ-ın dəniz təhlükəsizliyinə yeni dəstəyini elan edib və Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış mühüm razılaşmadan sonra tərəfdaşlığın regional sülhün və iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyini bildirib.

"Herald USA" bildirir ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası müdafiə, təhlükəsizlik, ticarət, investisiya kimi sahələrdə əməkdaşlıq çərçivəsi formalaşdırır.

Bununla yanaşı, "Reuters"də dərc olunmuş "ABŞ və Azərbaycan Vensin səfəri çərçivəsində strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar" sərlövhəli yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanat zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin bu gün tamamilə yeni mərhələyə qədəm qoyduğunu deyib. Yazıya əsasən, Vens bildirib ki, ABŞ Azərbaycana ərazi sularını qorumaq üçün gəmilər göndərəcək. Vurğulanır ki, Xartiya ilk dəfə avqust ayında Vaşinqtonda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında danışıqlarda təqdim olunub.

Fransanın AFP agentliyi yazır ki, ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından öncə Vens Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Qeyd olunur ki, görüşdə Vens müqavilənin bu tərəfdaşlığı rəsmiləşdirəcəyini və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcəyini bildirib.

"Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik", - deyə yazıda Prezident İlham Əliyevin çıxışına istinad edilərək qeyd olunub.

Səfər Türkiyənin "Anadolu Agentliyi", "Hürriyet", "CNN Turk", "TRT Avaz", "Son dakika", "Dünya", "Haber Türk" media orqanlarında və bir sıra saytlarında geniş işıqlandırılıb. "Hürriyet"də dərc olunmuş "İmzalar atıldı. Azərbaycanla ABŞ arasında vacib anlaşma" başlıqlı yazıda bildirilir: "Birgə bəyanat zamanı Prezident İlham Əliyev deyib ki, dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir".

Rusiyanın TASS, "Komsomolskaya Pravda", RBK, "Interfax", "Russian Today", "lenta.ru" və digər informasiya agentlikləri ABŞ ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında saziş imzalamasına geniş yer veriblər.

"Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər",- deyə "RIA Novosti" yeni imzalanmış sənədə istinadən yazır.

Almaniyanın "Deutsche Welle" saytında dərc olunmuş "Vens Azərbaycan və Ermənistanla aktiv şəkildə sövdələşmələr bağlayır" adlı yazıya əsasən, Vens Azərbaycanda bildirib ki, müqavilə iki ölkə arasında tərəfdaşlığı rəsmiləşdirəcək və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcək. Qeyd olunur ki, Vensin səfəri ABŞ-ın Cənubi Qafqazda təsirini genişləndirməyə çalışdığı bir zamanda gerçəkləşir.

Həmçinin İtaliya, Yaponiya, Rumıniya, Monteneqro, İran, Qazaxıstan, Ukrayna, Gürcüstan, Çin, Polşa, Bolqarıstan, Avstriya, Latın Amerikası ölkələri, ərəb ölkələri mediası Vensin Cənubi Qafqaz səfəri, imzalanmış sənədlər və bu əlaqələrin regional əməkdaşlıq üçün açdığı imkanlar barədə yazıb. Son.az

Türkiyənin Ermənistanla sərhəddində 3 nəfər ölüb like
  • 11 Fev 22:17  
Digərləri Türkiyənin Ermənistanla sərhəddində 3 nəfər ölüb

Türkiyənin Ermənistanla sərhəddə yerləşən Amasya vilayətinin Suluova b

arrow Ətraflı
Rusiyada "WhatsApp" tamamilə bloklandı like
  • 11 Fev 22:05  
Digərləri Rusiyada "WhatsApp" tamamilə bloklandı

ABŞ-nin "Meta" şirkətinə məxsus "WhatsApp" messenceri R

arrow Ətraflı
"Elza, cahilliyimizi bağışla"  Brilliant Dadaşova üzr istədi like
  • 11 Fev 21:51  
Şou-biznes "Elza, cahilliyimizi bağışla" Brilliant Dadaşova üzr istədi

Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Elza Seyidcahanla bağlı payl

arrow Ətraflı
Gəncədə ana 40 günlük körpəsindən imtina etdi like
  • 11 Fev 21:37  
Digərləri Gəncədə ana 40 günlük körpəsindən imtina etdi

Gəncədə ana 40 günlük körpəsindən imtina edib.

arrow Ətraflı
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? like
  • 11 Fev 21:36  
Digərləri Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?

Tanınmış influenser Fidan Zeyn "Beautytime" salonlar şəbəkəsini

arrow Ətraflı
Dünyadakı ən ağıllı şəxs bu qadım imiş  FOTO like
  • 11 Fev 21:35  
Digərləri Dünyadakı ən ağıllı şəxs bu qadım imiş FOTO

Dünyada bu vaxta qədərki zəka səviyyəsi ən yüksək olan şəxsin bir qad

arrow Ətraflı
Doğuş "Survivor"dan sonra açıqlama verdi like
  • 11 Fev 21:22  
Şou-biznes Doğuş "Survivor"dan sonra açıqlama verdi

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Doğuş Acun Ilıcalının məş

arrow Ətraflı
Ərini Bakı aeroportunda buna görə öpübmüş like
  • 11 Fev 21:09  
Digərləri Ərini Bakı aeroportunda buna görə öpübmüş

Xəbər verdiyimiz kimi, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin xanımı ilə

arrow Ətraflı
İsrail “Sülh Şurası”na qoşuldu like
  • 11 Fev 20:42  
Dünya İsrail “Sülh Şurası”na qoşuldu

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Qəzza "Sülh Şurası&q

arrow Ətraflı
Hülyanın effektsiz halı gündəm oldu like
  • 11 Fev 20:29  
Şou-biznes Hülyanın effektsiz halı gündəm oldu

Türkiyəli aktrisa Hülya Avşarın effektsiz görünüşü gündəmə gəlib.

arrow Ətraflı
Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı like
  • 11 Fev 20:20  
Şou-biznes Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

"Best Model of Azərbaycan"ın direktoru Elxan Paşayevin ölkədən �

arrow Ətraflı
Hərbçi faciəvi şəkildə öldü like
  • 11 Fev 20:16  
Digərləri Hərbçi faciəvi şəkildə öldü

Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamı

arrow Ətraflı
Novxanıda sürət qatarının qarşısına çıxan piyada öldü like
  • 11 Fev 20:13  
Digərləri Novxanıda sürət qatarının qarşısına çıxan piyada öldü

11 fevral tarixində saat 19:07-də Azərbaycan Dəmir Yolları (ADY) QSC-yə m�

arrow Ətraflı
Gəncədə 20 yaşlı oğlanı xəstəxanalıq etdilər like
  • 11 Fev 20:09  
Digərləri Gəncədə 20 yaşlı oğlanı xəstəxanalıq etdilər

Gəncə sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.

arrow Ətraflı