İmtahanda kömək vəd edən "sehrli qələmlər" satılır – Həqiqət yoxsa reklam?
Digərləri 11 Fev 2026 16:55:00 64 0
Həm məktəblərdə, həm də universitetlərdə istifadə olunan "köçürməyə imkan yaradan qələmlər" adı ilə yayılan reklamlar təhsil ictimaiyyətində narahatlıq doğurub. İmtahan vaxtı rahatlıqla istifadə oluna biləcəyi iddia edilən bu vasitələr qısa müddətdə gənclər arasında maraq obyektinə çevrilsə də, onların doğura biləcəyi nəticələr geniş müzakirə olunur.
Bu xəbəri də oxu: “Nənəmin Təndiri”ni yoxladılar Nöqsanlar tapıldı
Bu qələmlərin satışı nə dərəcədə doğrudur?
Son.az xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, bu tip alətlərin təşviqi tələbələrdə zəhmətsiz nailiyyət düşüncəsini formalaşdıra, bilik və bacarıqların real yolla əldə olunmasını arxa plana ata bilər. Öyrənmək əvəzinə texniki vasitələrə arxalanmaq meyli isə həm şəxsi inkişafı zəiflədir, həm də təhsilin əsas prinsiplərinə ziddir. Qeyd edək ki, sözügedən məhsul artıq on gündən çoxdur ki, Azərbaycan seqmentində xüsusilə Instagram və TikTok platformalarında geniş şəkildə reklam olunur.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu cür vasitələrin istifadəsi bir mənalı olaraq düzgün deyil: "İmtahanlarda bəzi tələbələr xüsusi texnoloji qələmlərdən istifadə etməyə çalışıblar. Bu qələmlər müəyyən şəraitdə işləməyə bilər, amma istifadə zamanı nəticələrdə problemlər yarana bilər. Hazırda oxşar vasitələrin tətbiqi imtahanların gedişatını çətinləşdirə bilər, çünki bəzi şagirdlər bu alətləri qanunsuz olaraq imtahan məkanına gətirməyə çalışa bilərlər. Belə hallar həm imtahanın ədalətliliyinə təsir göstərir, həm də öz bilikləri ilə qiymətləndirilən tələbələrə nisbətən ədalətsizlik yaradır. Buna görə də, bu tip texnologiyaların satışının məhdudlaşdırılması məqsədəuyğun hesab olunur". Asya Son.azİmişli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol
Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə tə
Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.
Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilita
Beynəlxalq Muğam Mərkəzində özbək xalqının dahi mütəfəkkiri, filosof
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad ed
Bakı şəhəri Yasamal rayonunda C.Cabbarlı və A.Bakıxanov küçələrinin k
Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində
Türkiyənin Adıyaman şəhərində 236 yaxınını itirən kişinin həyat hek
Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən "Qırmızı �
13 fevral saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmo
Tailandın cənubunda bir naməlum şəxs məktəbdə odlu silahdan atəş aça
Bakıda qaydaları pozan sürücülər hərəkətə mane olub.
Seysmoloqlar Xabarovsk diyarının şimal sahilləri yaxınlığında Oxot dəni
