Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr edilən ədəbibədii gecə keçirilib
Digərləri 11 Fev 2026 16:18:00 202 0
Beynəlxalq Muğam Mərkəzində özbək xalqının dahi mütəfəkkiri, filosof, şair Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr edilən ədəbi-bədii gecə keçirilib.
Bu xəbəri də oxu: Yuxuda uşaq paltarı görmək nə deməkdir?
Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət Elçisi Sahib Paşazadə çıxış edərək Azərbaycan - Özbəkistan dostluq əlaqələrindən söz açıb.
Azərbaycan-Özbəkistan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini söyləyən direktor xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində mədəni əməkdaşlığın rolunu xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, xalqlarımızı birləşdirən ortaq mədəni irs münasibətlərdə daim öz müsbət təsirini göstərir və Beynəlxalq Muğam Mərkəzinin Özbəkistanın musiqi, elm və təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq əlaqələri var. Bu əlaqələr hər gün daha da genişlənir.
Vurğulayıb ki, BMM-nin təşkilatçılığı ilə hazırlanan böyük özbək mütəfəkkiri Əlişir Nəvainin 585 illiyinə həsr edilən gecədə BMM-nin solistləri şairin qəzəllərinə müraciət edərək ən gözəl nümunələri Azərbaycan muğamsevərlərinə təqdim edəcək.
Dahi mütəfəkkir Əlişir Nəvai biri-birindən gözəl, lirik-romantik, realist-tarixi, ədəbi-bədii, fəlsəfi-təsəvvüf və elmi-nəzəri əhəmiyyətə malik ölməz əsərlər müəllifi kimi dünya klassikləri sırasında özünəməxsus yer tutub.Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə bildirilib ki, Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi ən qüdrətli simalardan biridir.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad ed
Bakı şəhəri Yasamal rayonunda C.Cabbarlı və A.Bakıxanov küçələrinin k
Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində
Türkiyənin Adıyaman şəhərində 236 yaxınını itirən kişinin həyat hek
Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən "Qırmızı �
13 fevral saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmo
Tailandın cənubunda bir naməlum şəxs məktəbdə odlu silahdan atəş aça
Bakıda qaydaları pozan sürücülər hərəkətə mane olub.
Seysmoloqlar Xabarovsk diyarının şimal sahilləri yaxınlığında Oxot dəni
Antibiotiklər viruslara təsir etmir. Onların virus infeksiyalarına qarşı h
Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən "Nənə
Ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd
Virus infeksiyaları müxtəlifdir və böyük bir qrupundur.
