Bələdiyyələrdə ciddi pozuntular: 14 cinayət işi açıldı


Digərləri 09 Fev 2026 14:28:00 228 0

Bələdiyyələrdə ciddi pozuntular: 14 cinayət işi açıldı

Bələdiyyələrlə əlaqədar cinayət işlərinin sayı açıqlanıb.

Son.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2025-ci il üzrə)" əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya, habelə ümumilikdə hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.

Aparılmış müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb. O cümlədən:

- Abşeron rayonu Fatmayı bələdiyyəsinin fəaliyyəti araşdırılmış və bələdiyyənin vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində bələdiyyənin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb;

- Qusar rayonu Quxuroba bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması və bilə-bilə saxta sənədlərdən istifadə edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;

- Saatlı rayonu Sarıcalı bələdiyyəsinin sədri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb;

- Biləsuvar rayonu keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə qərarlar tərtib edilməsi, yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;

- Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin vəzifəli şəxsi tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;

- Tovuz rayonu Böyük Qışlaq bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyənin adından saxta qərarlar tərtib edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma (passiv rüşvətxorluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və s.

Həmçinin Tərtər rayonu Sarov, Qaradağlı, Yuxarı Qapanlı, Bəyimsarov, Abşeron rayonu Qobu, Qusar rayonu Urva, Samur, Gədəbəy rayonu keçmiş Novosaratovka və s. bələdiyyələrinin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

Azərbaycanda vəkil qəflətən ÖLDÜ like
  • 09 Fev 14:15  
Digərləri Azərbaycanda vəkil qəflətən ÖLDÜ

Vəkillər Kollegiyasının üzvü Orxan Həsənov vəfat edib.

arrow Ətraflı
Bələdiyyə seçkilərində 8 min yeni üzv təsdiqləndi like
  • 09 Fev 14:08  
Digərləri Bələdiyyə seçkilərində 8 min yeni üzv təsdiqləndi

Bələdiyyə seçkiləri nəticəsində 682 bələdiyyə (3 bələdiyyə üzr

arrow Ətraflı
Evdə paltar qurudanların nəzərinə like
  • 09 Fev 14:02  
Digərləri Evdə paltar qurudanların nəzərinə

Paltarların ev şəraitində qurudulması otaqdakı rütubət səviyyəsini sü

arrow Ətraflı
Azərbaycanda Şura sədrinin 25 milyonluq əmlakı müsadirə edildi like
  • 09 Fev 13:57  
Digərləri Azərbaycanda Şura sədrinin 25 milyonluq əmlakı müsadirə edildi

Azərinşaatservis MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxs

arrow Ətraflı
Generala ağır itki like
  • 09 Fev 13:50  
Digərləri Generala ağır itki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rə

arrow Ətraflı
"Acından ölüb qapına gəlməmişəm" like
  • 09 Fev 13:45  
Şou-biznes "Acından ölüb qapına gəlməmişəm"

"Biri ilə çay içirəm, başqa yerə yozur"

arrow Ətraflı
Türkiyənin əhalisinin sayı AÇIQLANDI like
  • 09 Fev 13:36  
Digərləri Türkiyənin əhalisinin sayı AÇIQLANDI

Türkiyənin əhalisi əvvəlki illə müqayisədə 427.224 nəfər artaraq 86 m

arrow Ətraflı
Azərbaycanda həkimlər rüşvətə görə həbs edildi like
  • 09 Fev 13:23  
Digərləri Azərbaycanda həkimlər rüşvətə görə həbs edildi

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşv

arrow Ətraflı
Bakıya qar yağacaq, 8 dərəcə şaxta olacaq  PROQNOZ like
  • 09 Fev 13:12  
Digərləri Bakıya qar yağacaq, 8 dərəcə şaxta olacaq PROQNOZ

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir ya�

arrow Ətraflı
Tanınmış rektorun oğlu vəzifəsindən azad edildi like
  • 09 Fev 13:06  
Digərləri Tanınmış rektorun oğlu vəzifəsindən azad edildi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini M

arrow Ətraflı
Epşteyn sənədlərində yeni sirr ortaya çıxdı like
  • 09 Fev 13:04  
Dünya Epşteyn sənədlərində yeni sirr ortaya çıxdı

ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan yeni sənədl�

arrow Ətraflı
10 yeni dövlət standartının qəbul olunması planlaşdırılır like
  • 09 Fev 12:58  
Digərləri 10 yeni dövlət standartının qəbul olunması planlaşdırılır

Azərbaycanda sənaye təhlükəsizliyi üzrə 10 yeni dövlət standartı layih

arrow Ətraflı
DSX ölkəyə narkotik keçirmə cəhdinin qarşısını aldı like
  • 09 Fev 12:48  
Digərləri DSX ölkəyə narkotik keçirmə cəhdinin qarşısını aldı

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lə

arrow Ətraflı