10 yeni dövlət standartının qəbul olunması planlaşdırılır
Digərləri 09 Fev 2026 12:58:00 168 0
Azərbaycanda sənaye təhlükəsizliyi üzrə 10 yeni dövlət standartı layihəsi müzakirə edilib.
Bu xəbəri də oxu: Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib
Son.az Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir ki, bu, (AZSTAND) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təsis edilən "Sənaye təhlükəsizliyi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 50) onlayn iclası zamanı baş tutub.
İclasda həmçinin AZSTAND, eləcə də Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun nümayəndələri iştirak ediblər.
İclas zamanı beynəlxalq və dövlətlərarası standartlar əsasında hazırlanmış liftlərə, pirotexniki məmulatlara, sənaye partlayıcı materiallara, stasionar qazanlara, pnevmoötürücülərə, boru kəməri armaturu və təbii qazın təyini üsullarına dair 10 yeni dövlət standartı layihəsinin müzakirəsi aparılıb.
Sözügedən standartların qəbulu məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul olunub. Sonda Texniki Komitənin cari fəaliyyəti, "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı" çərçivəsində qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Qeyd edək ki, "AZSTAND/TK 50-nin yaradılmasında əsas məqsəd sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq standartların öyrənilməsi, dövlət standartlarının hazırlanması və tətbiqində maraqlı tərəflərin iştirakının təmin edilməsidir./Trend
Son.az
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lə
Müğənni Şəbnəm Tovuzlu bahalı avtomobili ilə görüntülənərək maraq
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" ye
12 fevral saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmo
Türkiyədə bu gündən etibarən toyuq məhsullarının ixracı müvəqqəti
Əməkdar artist Elton Hüseynəliyevin prodüsser xanımı Tamilla Hüseynə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Tica
"Şərikli çörək" bədii filmində Vaqif obrazı ilə tamaşaçıla
"İdrak" liseyində 28 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovan
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Xəbər verdiyimiz kimi, Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yen
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.
Müğənni Vəfa Şərifova canlı efirdə qatıldığı "Rəngarəng"
