Aqşin Fatehin restoranında qanunsuzluqlar aşkarlandı
Digərləri 05 Fev 2026 11:42:00 66 0
"By Fateh" ictimai iaşə obyektində yoxlama aparılıb.
Bu xəbəri də oxu: Ən səxavətli 3 BÜRC: Xoşbəxt etməkdən zövq alırlar
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, m 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseyn İsa oğlu Xəlilzadəyə məxsus "By Fateh" ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan "Chivas" əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.
Qeyd edək ki, sözügedən "By Fateh" restoranı məşhur meyxanaçı Aqşin Fatehindir.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qadın sürücülərin peşək
Prokurorluq orqanlarında süni intellekt texnologiyalarından da istifadə edil
Müğənni Zeyno qatıldığı televiziya proqramlarının birində ünvanına y
Dünən Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ü
Bakıda "LEGIS" Beynəlxalq Hüquq Forumu keçirilir.
Odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, saxlama, g�
Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti 71 min ABŞ dollar
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün yol hərəkəti iştir
Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınma
"Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirm�
2010-cu il təvəllüdlü şəxs (kişi) dünən saat 21:00 radələrində ailə
Türkiyəli aktrisa Demet Özdemir yeni fotosessiyası ilə diqqət mərkəzinə
Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Kamil Qarayevin bar
