Kənd təsərrüfatında layihələndirmə normaları yeniləndi
Digərləri 05 Fev 2026 10:37:00 63 0
"Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirmə normaları" təsdiq edilib.
Bu xəbəri də oxu: "Velizar"ın həbs müddəti məlum oldu
Son.az xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev müvafiq qərar imzalayıb.
Qərara əsasən, kənd təsərrüfatı müəssisələrinin baş planları "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında" qanunlar və digər qüvvədə olan normativ tələblər nəzərə alınmaqla hazırlanmalıdır.
Ətraf mühitə təsirin qiymətləndirilməsi siyahısına daxil edilmiş kənd təsərrüfatı müəssisələri üçün bu qiymətləndirmə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanuna uyğun olaraq yerinə yetirilməlidir.
Su, torpaq, meşə, bitki və heyvanlar aləmindən istifadənin əsaslandırılması, eləcə də torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin statusunun qorunması məqsədilə kooperativlərin, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin, həmçinin irimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələrin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanaraq dövlət ekoloji ekspertizası keçirilməli və "Kənd təsərrüfatı kooperasiyası haqqında" Qanunun tələbləri yerinə yetirilməlidir.
Məlumat üçün bildirək ki, qərar yanvarın 22-də qəbul edilib, fevralın 2-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, fevralın 3-dən qüvvəyə minib./Trend
2010-cu il təvəllüdlü şəxs (kişi) dünən saat 21:00 radələrində ailə
Türkiyəli aktrisa Demet Özdemir yeni fotosessiyası ilə diqqət mərkəzinə
Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Kamil Qarayevin bar
ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində
Dünyada ən məşhur qazlı içkilərdən biri olan Coca-Colanın tərkibi uzun
ABŞ-da Epşteyn işi ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyət�
2025-ci ildə Azərbaycana Amerika qitəsi ölkələrindən 36 126 turist gəlib
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəs
Bu gün Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq ya
Xalq artisti Röya Ayxan sosial şəbəkələrdə növbəti dəfə diqqət mərk
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə y
Dondurucu soyuqlarda boruların donması yəqin ki, çoxlarının kabusuna çevr
Mütəxəssislər bildirir ki, sintetik materiallardan hazırlanan müasir yorğ
