"Reels" izləmək siqaret və içkidən 5 dəfə çox zərərli imiş
Digərləri 03 Fev 2026 20:05:00 54 0
Son illərdə populyarlığı sürətlə artan qısa video platformaları - xüsusilə TikTok və oxşar tətbiqlər - insan beyninin işləmə mexanizminə ciddi təsir göstərir. Aparılan elmi araşdırmalar bu platformaların həddindən artıq istifadəsinin diqqət, yaddaş və özünüidarəetməyə cavabdeh beyin bölgələrində zəifləməyə səbəb olduğunu ortaya qoyub.
Bu xəbəri də oxu: Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026cı il üzrə ilk iclası keçirilib
Son.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, "Reels" izləmək "alkoqol və siqaretin beynə vurduğu ziyandan 5 dəfə daha çox ziyan vurur. Sürətlə dəyişən və fasiləsiz axan görüntülər beynin mükafat sistemini həddindən artıq stimullaşdırır. Bu proses ani və tez-tez təkrarlanan dopamin artımları yaradır ki, bu da asılılıq mexanizmlərinə bənzər təsir göstərir.
"Popkorn beyni" sindromu nədir?
Alimlər bu vəziyyəti "popkorn beyni" (popcorn brain) anlayışı ilə izah edirlər. Bu termin beynin davamlı stimullaşmaya alışması nəticəsində uzunmüddətli diqqəti qorumaqda çətinlik çəkməsi, dərin düşünmə qabiliyyətinin zəifləməsi, real həyatın normal tempinin "yavaş və darıxdırıcı" kimi qəbul edilməsi ilə xarakterizə olunur.
Araşdırmalara əsasən, qısa video məzmununa tez-tez məruz qalan şəxslər kitab oxumaq, dərsə və ya işə fokuslanmaq kimi fəaliyyətlərdə daha tez yorulur və diqqətini itirir.
Mütəxəssislər vurğulayır ki, texnologiya tamamilə zərərli deyil, lakin nəzarətsiz və həddindən artıq istifadə beynin təbii işləmə sisteminə mənfi təsir göstərir. Qısa video platformalarından balanslı istifadə etmək həm zehni sağlamlığı qorumaq, həm də diqqət və məhsuldarlığı artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Fidan Son.az
30 yanvar 2026-cı il tarixində dünyanın 30 ölkəsindən 32 parlament üzvü
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfi
"Ümumdünya Xərçəng Günü" çərçivəsində təşkil edilən tə
"İki dəfə zəlzələ zamanı həyatımı pişik xilas edib".
Rusiyadan Azərbaycandan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermə
BOKT "İnternational" ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Uzun illərdir Türkiyədə yaşayan müğənni Günel Zeynalova Bakıya qayıd�
3 fevral tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının
İllərdir insanların diqqət yetirmədiyi dırnaq qayçısındakı (dırnaq k�
"Azərbaycan, Ermənistan və Gürcüstanda bankların əsas maliyyə göst
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçı
Almaniyada yaşayan Orxan Atabay çox maraqlı bir məsələ haqda məlumat yay�
Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim
Müğənni Aysun İsmayılovanın ailəsi ilə bağlı açıqlamalar ictimaiyyə
Müğənni Nazim Pişiyari Xalq artisti Vasif Adıgözəlov və mərhum müğən
