Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026cı il üzrə ilk iclası keçirilib


Digərləri 03 Fev 2026 18:45:00 76 0

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026cı il üzrə ilk iclası keçirilib

3 fevral tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib.

Son.az xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və İcraçı direktorun müavini Natiq Məmmədli iştirak ediblər.

İclasın gündəliyinə əsasən Medianın İnkişafı Agentliyinin Aparat rəhbəri Rəqsanə Kərimova tərəfindən Agentliyin 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub. Hesabatda media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin və kommunikasiyaya məsul şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin Agentlik tərəfindən media sahəsində beynəlxalq əlaqələrin qurulması və inkişafı ilə bağlı görülən işlər, təşkil edilən beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilib. Şura üzvləri tərəfindən nizamnaməyə uyğun olaraq icra edilən layihələrin əhatə dairəsinin daha da genişləndirilməsi üçün yeni təkliflər irəli sürülüb, Agentliyin qarşıdakı dövrdə fəaliyyətinin təşkili üçün prioritet istiqamətlər müəyyənləşdirilib.

Daha sonra Agentliyin Maliyyə və təminat departamentinin direktoru Orxan Hümbətzadə qurumun Nizamnaməsinə uyğun olaraq, bütün fəaliyyət istiqamətləri əhatə edilməklə cari il üçün maliyyə planlaşdırması barədə ətraflı məlumat verib, Şura üzvləri tərəfindən 2026-cı il üçün nəzərdə tutulmuş büdcə çərçivəsində vəsaitlərin bölgüsü məqsədəuyğun və qənaətbəxş hesab edilib.

Bununla yanaşı, müzakirələr zamanı media sahəsinin davamlı inkişafını təmin edəcək strateji layihələrin icrası, innovativ yanaşmaların təşviqi və mövcud resurslardan səmərəli istifadə imkanları geniş müzakirə olunub, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Son.az

Dırnaq qayçısındakı kiçik dəlik bunun üçün imiş  FOTO like
  • 03 Fev 18:39  
Digərləri Dırnaq qayçısındakı kiçik dəlik bunun üçün imiş FOTO

İllərdir insanların diqqət yetirmədiyi dırnaq qayçısındakı (dırnaq k�

arrow Ətraflı
Almaniyada avtoyuma açmaq istəyən azərbaycanlıya elə şərt qoyuldu ki... like
  • 03 Fev 17:54  
Digərləri Almaniyada avtoyuma açmaq istəyən azərbaycanlıya elə şərt qoyuldu ki...

Almaniyada yaşayan Orxan Atabay çox maraqlı bir məsələ haqda məlumat yay�

arrow Ətraflı
Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI like
  • 03 Fev 17:42  
Digərləri Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI

Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim

arrow Ətraflı
Aysun qardaşının ilk dəfə FOTOları yayımlandı  ona cavabı MÜZAKİRƏ YARATDI like
  • 03 Fev 17:39  
Şou-biznes Aysun qardaşının ilk dəfə FOTOları yayımlandı ona cavabı MÜZAKİRƏ YARATDI

Müğənni Aysun İsmayılovanın ailəsi ilə bağlı açıqlamalar ictimaiyyə

arrow Ətraflı
"Vasif Adıgözəlova deyirdilər ki, oğlunun toyunu niyə Səməd aparır?" like
  • 03 Fev 17:24  
Şou-biznes "Vasif Adıgözəlova deyirdilər ki, oğlunun toyunu niyə Səməd aparır?"

Müğənni Nazim Pişiyari Xalq artisti Vasif Adıgözəlov və mərhum müğən

arrow Ətraflı
Fişinq saytlarına qarşı DİN əməliyyat keçirdi like
  • 03 Fev 17:16  
Digərləri Fişinq saytlarına qarşı DİN əməliyyat keçirdi

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBM�

arrow Ətraflı
Azərbaycanda orqan nəqli üçün xərc nə qədərdir? like
  • 03 Fev 17:10  
Digərləri Azərbaycanda orqan nəqli üçün xərc nə qədərdir?

Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var.

arrow Ətraflı
Azər Zahid "TikTok"a qayıtdı  etirafı ilə diqqət çəkdi like
  • 03 Fev 17:05  
Şou-biznes Azər Zahid "TikTok"a qayıtdı etirafı ilə diqqət çəkdi

Həbsdən azad olunduqdan sonra teleaparıcı Azər Zahid yenidən sosial şəb�

arrow Ətraflı
2025ci ildə Azərbaycan Gürcüstana nə qədər neft ixrac edib? like
  • 03 Fev 16:52  
Digərləri 2025ci ildə Azərbaycan Gürcüstana nə qədər neft ixrac edib?

2025-ci ildə Azərbaycandan Gürcüstana 1,586 milyon ABŞ dolları dəyərind�

arrow Ətraflı
Polkovnik hərbi prokurorun müavini oldu like
  • 03 Fev 16:40  
Digərləri Polkovnik hərbi prokurorun müavini oldu

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.

arrow Ətraflı
Bu günə qədər neçə Azərbaycan vətəndaşı Suriya və İraqdan gətirilib? like
  • 03 Fev 16:36  
Digərləri Bu günə qədər neçə Azərbaycan vətəndaşı Suriya və İraqdan gətirilib?

2020-2025-ci illər ərzində Suriyadan Azərbaycana repatriasiya olunmuş vət�

arrow Ətraflı
Şəhidlər Xiyabanında nalayiq hərəkət edən 3 əcnəbi apellyasiyaya verildi like
  • 03 Fev 16:26  
Digərləri Şəhidlər Xiyabanında nalayiq hərəkət edən 3 əcnəbi apellyasiyaya verildi

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial

arrow Ətraflı
Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5də davam etdiriləcək like
  • 03 Fev 16:14  
Kriminal Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5də davam etdiriləcək

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı