Niyə gecələr modemi söndürməliyik? bilinməyən səbəblər
Digərləri 30 Yan 2026 00:37:00 72 0
Mütəxəssislər xəbərdarlıq edir ki, modemi 24 saat açıq saxlamaq həm cihazın ömrünü qısaldır, həm də fərqli risklərə yol açır.
Bu xəbəri də oxu: Goranboyda maşınlar toqquşdu Xəsarət alanlar var
Son.az xəbər verir ki, modemlər kiçik kompyuterlər kimidir. Uzun müddət fasiləsiz işlədikdə yaddaşlarında (cache) artıq məlumatlar yığılır və bu, internetin sürətinin düşməsinə səbəb olur. Gecə modemi söndürüb səhər yenidən açmaq cihazın proqram təminatının sıfırlanmasına və daha stabil işləməsinə kömək edir.
Modem hər dəfə yenidən başlayanda adətən yeni bir IP ünvanı alır. Cihazın gecə boyu qapalı olması hakerlərin ev şəbəkənizə sızma ehtimalını azaldır və uzunmüddətli kiber hücumların qarşısını alır.
WiFi cihazları fasiləsiz olaraq radiotezlikli dalğalar yayır. Gecə yuxu zamanı modemi söndürmək bədənin məruz qaldığı elektromaqnit radiasiyasını minimuma endirir. Bəzi araşdırmalar bu dalğaların yuxu keyfiyyətinə mənfi təsir göstərə biləcəyini iddia edir.
Kiçik görünsə də, il ərzində modemin söndürülməsi elektrik enerjisinə müəyyən qədər qənaət edir. Ən əsası isə, cihazın daxili komponentləri qızmır və bu da modemin istifadə müddətini (ömrünü) uzadır.
Nadir hallarda olsa da, modemlərin adapterlərində və ya daxili dövrələrində baş verən qısaqapanmalar yanğına səbəb ola bilər. Evdə hər kəs yatarkən cihazın söndürülməsi bu riski tamamilə aradan qaldırır. Lalə Qüdrətova Son.az
Bəzi ölkələrdə Çindən gətirilən yeni avtomobillər artıq ikinci əl ba
Lənkəranda Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb.
Qızılın qiyməti yenə rekordu təzələdi. Bir günə qızılın qramında a
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov il
29 yanvar 2026-cı il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bay
Xəmirin mayalanması unlu məmulatların qabarmasını, dad və tekstura qazanm
Dünya enerji böhranı və yüksək maliyyə xərcləri ilə mübarizə apardı
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə
Qış aylarının ən sağlam tərəvəzləri olan brokkoli və gül kələmi bi
