Əllərin dərisini necə cavanlaşdırmaq olar? Yaşınızı ələ verməsin
Digərləri 29 Yan 2026 20:49:00 52 0
Mütəxəssislər bildirirlər ki, əllər üz qədər tez qocalan nahiyələrdən biridir və düzgün qulluq edilmədikdə yaş faktorunu açıq şəkildə göstərir. Günəş şüaları, məişət kimyəvi vasitələri və nəmləndirmənin azlığı əllərin dərisində qırışların və ləkələrin yaranmasını sürətləndirir.
Bu xəbəri də oxu: Azərbaycanda seçici siyahısının dəqiqləşdirilməsinə başlanılıb RƏSMİ
Son.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, əllərin cavan görünməsini qorumaq üçün ilk növbədə mütəmadi nəmləndirmə vacibdir. Tərkibində hialuron turşusu, qliserin və şi yağı olan kremlər dərinin elastikliyini artırır. Ev işləri zamanı qoruyucu əlcəklərdən istifadə etmək də dərinin zədələnməsinin qarşısını alır.
Günəşdən qorunma da əsas şərtlərdən biridir. Mütəxəssislər əllərə də SPF tərkibli kremlərin çəkilməsini tövsiyə edirlər. Bu, piqment ləkələrinin və erkən qocalmanın qarşısını alır.
Həftədə 1-2 dəfə skrab və ya pilinq tətbiqi ölü dəri hüceyrələrini təmizləyərək əllərin daha hamar və parlaq görünməsinə kömək edir. Bundan əlavə, gecə vaxtı qidalandırıcı maska və ya yağlarla masaj etmək qan dövranını yaxşılaşdırır.
Qeyd olunur ki, düzgün qulluq, balanslı qidalanma və su balansının qorunması əllərin dərisini uzun müddət cavan saxlamağa imkan verir və yaşın görünməsinin qarşısını alır.
Fidan Son.az
Yanvarın 29-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (
Xalq artisti Simarə İmanova yeni doğulan nəvəsinə məclis edib.
Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin gene
Türkiyə Ticarət Nazirliyi təhlükəsizlik səbəbi ilə "Formula 505&qu
"Çoxlu pulum var, xərcləməyə yer axtarıram" açıqlaması ilə g
MİDA yaşayış kompleksində parklanma problemi yaşanır.
Türkiyəli müğənni Işın Karaca 35 kiloqram arıqlamasının sirrini açıq
Avropa İttifaqı İslam İnqilabı keşikçiləri Korpusunu (SEPAH) terror tə�
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dünən paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində zəncirvari yol-nəqli
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsin
Naftalan Şəhər Mərkəzi Xəstəxanası inzibati qaydada cərimə olunub.
Ötən gün 26 yaşlı İmişli rayon sakini, Ramazan Rafiq oğlu Məmiyev dəm
2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəh�
Hesablama Palatası Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqa
