WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadıldı


Digərləri 29 Yan 2026 18:40:00 57 0

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadıldı

2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirlərinə yüksək maraq olduğunu nəzərə alaraq, qeydiyyat müddəti uzadıldı. Müraciətlərin qəbulu üçün son tarix 3 fevral 2026-cı il olaraq müəyyən edilib.

Son.az xəbər verir ki, Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara Forumun "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır. Müraciətlər https://events.unhabitat.org/ vasitəsilə təqdim edilməlidir.

Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul olunur: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı (Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi (Voices from Cities) və WUF Akademiyası (WUF Academy).

Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə "UN-Habitat"ın Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması üzərindən onlayn qaydada qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi paneldə yerləşən "Applications / Müraciətlər" bölməsinə daxil olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola və müraciətlərini yekunlaşdıra bilərlər. Qeyd edək ki, hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.

Forumun əsas və strateji mexanizmlərindən biri olan Tərəfdaş tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarının beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlər vasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər.

Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.

Nazirlikdə nöqsanlar aşkarlandı like
  • 29 Yan 18:39  
Digərləri Nazirlikdə nöqsanlar aşkarlandı

Hesablama Palatası Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqa

arrow Ətraflı
Dövlət Gömrük Komitəsinin generalpolkovnik rütbəsi alan sədri kimdir ? DOSYE like
  • 29 Yan 18:36  
Digərləri Dövlət Gömrük Komitəsinin generalpolkovnik rütbəsi alan sədri kimdir ? DOSYE

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali x�

arrow Ətraflı
"Kişilər əziyyətlə qazanırlar, qadınlar o pulu qırılıb düşən dırnağa verirlər" like
  • 29 Yan 18:25  
Şou-biznes "Kişilər əziyyətlə qazanırlar, qadınlar o pulu qırılıb düşən dırnağa verirlər"

Müğənni Sevinc Ağaşirinova maraqlı və müzakirələrə səbəb olan açı

arrow Ətraflı
Metronun “Nərimanov” stansiyasındakı problem həll olunub like
  • 29 Yan 18:10  
Digərləri Metronun “Nərimanov” stansiyasındakı problem həll olunub

Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üz

arrow Ətraflı
AQTAnın adından istifadə edən dezinfeksiya şirkətlərinə xəbərdarlıq edilib like
  • 29 Yan 18:00  
Digərləri AQTAnın adından istifadə edən dezinfeksiya şirkətlərinə xəbərdarlıq edilib

Son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan

arrow Ətraflı
Tramp və Niki Minaj ələlə like
  • 29 Yan 17:45  
Dünya Tramp və Niki Minaj ələlə

Rep ulduzu Niki Minaj Vaşinqtonda keçirilən "Trump Accounts" tədbi

arrow Ətraflı
Prezidentin ali rütbə verdiyi Elmir Ramazanov kimdir? like
  • 29 Yan 17:44  
Digərləri Prezidentin ali rütbə verdiyi Elmir Ramazanov kimdir?

Xəbər verdiyimiz kimi,  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

arrow Ətraflı
Baş direktor sədrin müşaviri təyin olundu like
  • 29 Yan 17:41  
Digərləri Baş direktor sədrin müşaviri təyin olundu

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəna Məlikova qurumun s�

arrow Ətraflı
"Volkswagen" 40 mindən çox avtomobili geri çağırır  Yanğın riski var like
  • 29 Yan 17:25  
Digərləri "Volkswagen" 40 mindən çox avtomobili geri çağırır Yanğın riski var

"Volkswagen" yüksək gərginlikli batareyalarda aşkar edilən həddi

arrow Ətraflı
Bu FOTOdakı bütün məhkumlar edam edildi like
  • 29 Yan 17:15  
Dünya Bu FOTOdakı bütün məhkumlar edam edildi

Çində keçirilən məhkəmə prosesində məhkəmə məşhur Min ailəsinin 11

arrow Ətraflı
Prezident onları təltif etdi like
  • 29 Yan 17:07  
Siyasət Prezident onları təltif etdi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları təltif

arrow Ətraflı
Dövlət Gömrük Komitəsinin dörd əməkdaşına ali xüsusi rütbə verildi  SƏRƏNCAM like
  • 29 Yan 17:06  
Siyasət Dövlət Gömrük Komitəsinin dörd əməkdaşına ali xüsusi rütbə verildi SƏRƏNCAM

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına

arrow Ətraflı
Taksi suya düşdü  Ana və övladı son anda XİLAS OLUNDU like
  • 29 Yan 17:05  
Digərləri Taksi suya düşdü Ana və övladı son anda XİLAS OLUNDU

Maxaçqala yaxınlığında hərəkətdə olan taksi qəza nəticəsində su kan

arrow Ətraflı