AQTAnın adından istifadə edən dezinfeksiya şirkətlərinə xəbərdarlıq edilib
Digərləri 29 Yan 2026 18:00:00 75 0
Son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər və aparılan nəzarət tədbirləri zamanı müəyyən edilib ki, bəzi dezinfeksiya xidməti göstərən özəl şirkətlər tərəfindən Agentliyin adından sui-istifadə hallarına yol verilir. Belə ki, sözügedən şirkətlərin nümayəndələri qida sahəsində fəaliyyət göstərən obyektlərə daxil olaraq özlərini Agentliyin əməkdaşı kimi təqdim edərək, dezinfeksiya xidmətləri ilə bağlı müqavilə bağlamağı təklif edirlər. Bu xidmətlərdən imtina edildiyi halda isə obyektlərdə nəzarət tədbirlərinin aparılacağı, barələrində ciddi tədbirlərin görüləcəyi ilə bağlı əsassız iddialar irəli sürürlər.
Bu xəbəri də oxu: BakıŞamaxı yolunda yarışa çıxan sürücülər saxlanıldı
Son.az xəbər verir ki, AQTA bildirir ki, Agentlik dezinfeksiya xidməti göstərən qurum deyil. AQTA-nın hər hansı dezinfeksiya xidməti həyata keçirən şirkəti mövcud deyildir. Dezinfeksiya xidmətləri göstərən şəxslər lisenziya əsasında fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektləridir. Qeyd edək ki, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qida obyektlərinin sahibləri öz müəssisələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirməli və bu tədbirlərin icrasını təsdiq edən müvafiq sənədləri saxlamalıdırlar. Agentlik isə yalnız bu tələblərə əməl olunmasına nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. AQTA sahibkarları diqqətli olmağa çağırır və bu kimi hallarla rastlaşdıqları təqdirdə, Agentliyin adından sui-istifadə edən şəxslər və ya şirkətlər barədə "1003-Çağrı Mərkəzi"nə məlumat vermələrini xahiş edir. Eyni zamanda, Agentliyin adından sui-istifadə edən dezinfeksiya şirkətləri belə hallara təkrar yol verəcəyi təqdirdə barələrində zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəna Məlikova qurumun s�
"Günə Uğurla" verilişinin qonağı olan müğənni Əlikram Bayram
"Volkswagen" yüksək gərginlikli batareyalarda aşkar edilən həddi
Çində keçirilən məhkəmə prosesində məhkəmə məşhur Min ailəsinin 11
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları təltif
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına
Maxaçqala yaxınlığında hərəkətdə olan taksi qəza nəticəsində su kan
Əməkdar artist Nüşabə Ələsgərlinin studiyada canlı ifasının görünt�
Tərtər rayon prokuroru Əli Qurbanov vəzifəsindən azad edilib.
Xalq artisti Röya Ayxanın səhnə performansı sosial şəbəkələrdə birmə
"Son illər Azərbaycanda uşaqların fiziki inkişaf göstəriciləri, xü
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti keçiril
Bakı buxtası, fiziki-coğrafi xüsusiyyətinə görə digər adı Bakı körf�
