Bayram günü olsa da, işləyəcəyik
Digərləri 27 Yan 2026 13:38:00 76 0
Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə xeyli yanlış fikirlər tirajlanir. Sahəsinin peşəkarı olmayan şəxslər tərəfindən Əmək Məcəlləsindəki dəyişikliklərlə bağlı izahlar, şərhlər təqdim olunur və ən pisi də insanlar tərəfindən doğru qəbul edilib təşəkkür edilir.
Bu xəbəri də oxu: Şəmkirdə dərədən meyiti tapılan şəxs qətlə yetirilibmiş
Son.az xəbər verir ki, bu sözləri İnsan resursları üzrə mütəxəssis, Əmək qanunvericiliyi sahəsində 10 kitab müəllifi Nüsrət Xəlilov deyib. O, mediada yayımlanan doğru bilinən yanlışlardan bəzilərini təqdim edib.
Mütəxəssis bildirib ki, qanunvericiliyə edilən fəyişikliyə əsasən, artıq istehsalat təcrübəsi keçənlərlə mütləq əmək bağlanmalı olduğu ilə bağlı deyilənlər yanlışdır.
O, həmçinin artıq əlavə məzuniyyətlərin cəmlənəcəyi ilə bağlı yazılanların da doğru olmadığını söyləyib. N.Xəlilovun sözlərinə görə, bu, 23 ildir belə idi və mahiyyət dəyişməyib.
"Artıq ümumxalq hüzn günü və səsvermə günü məzuniyyətin təqvim günlərinə daxil edilməyəcəyi bildirilir. Bu, 32 il idi belə idi. Mahiyyət dəyişməyib, sadəcə Məcəlləyə daxil edilib.
"Artıq məzuniyyətə çıxanda məzuniyyət haqqının aylıq əmək haqqından az olmayacaq". Yanlışdır.
"Ezamiyyətə getmək artıq məcburi olacaq". Əvvəl də məcburi idi, lakin Qanun indi daha dəqiq işçinin vəzifəsi və işəgötürənin hüququ olaraq müəyyən edib.
"Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək". Bu, əvvəl də mümkün idi. Lakin, maddədə olan normativ qeyri-müəyyənlik aradan qaldırılıb.
"Dövlət Suverenliyi Günü (20 Sentyabr) iş günü hesab edilməyəcək". Yanlışdır, çünki bu gün bayram olsa da, iş günü hesab edilən bayram günüdür", - deyə o əlavə edib. /Ölkə.Az
Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar
Aparıcı Afaq Gəncəli bir neçə gün əvvəl yayılan videosundan danışıb
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasında
Moskva ətrafında yerləşən Balaşixa şəhərində hosteldə baş verən yan
Rusiya ordusu Ukraynanın Xarkov və Zaporojye vilayətlərində yaşayış mən
Avropa İttifaqı (Aİ) "Meta" şirkətinə məxsus "WhatsApp&quo
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Gürcüstana səfər etməyi planl
2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti "Startap" ş�
Gülnarə Həmidova növbəti uğursuz estetik əməliyyatın qurbanıdır.
Məhkumun Bərdədə evində gizlətdiyi avtomat silahı aşkarlanıb.
Bakının Abbasqulu ağa Bakıxanov dairəsinin ətrafı, Maqsud Əlizadə, Seyi
Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən bazarların biri
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqay�
