AZAL Gürcüstana giriş zamanı tibbi sığorta tələbini yenidən xatırladır
Digərləri 27 Yan 2026 12:53:00 71 0
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Gürcüstana səfər etməyi planlaşdıran sərnişinləri ölkəyə giriş zamanı qüvvədə olan tələblər haqqında yenidən xatırlatma edir.
Bu xəbəri də oxu: Mağazadan bu südü heç vaxt almayın SƏBƏB
2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar üçün tibbi sığorta polisinin mövcudluğu ilə bağlı tələb qüvvəyə minib. Bu tələb Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə səfər edən sərnişinlərə şamil olunur.
Qaydalara əsasən, Gürcüstana səfər edən xarici vətəndaşlar ölkədə olduqları müddət ərzində - giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisi ilə təmin olunmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.
Sığorta polisi Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən rəsmiləşdirilə bilər. Sənəd elektron və ya kağız formatında təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.
Aviaşirkət sərnişinlərə cərimələrin, gecikmələrin və ya əlavə prosedurların qarşısını almaq üçün tibbi sığortanı uçuşdan öncə rəsmiləşdirməyi tövsiyə edir.
AZAL bildirir ki, reysə qeydiyyat zamanı sərnişinlərin sığorta polisinin yoxlanılması yalnız ölkəyə giriş qaydaları barədə öncədən məlumatlandırma məqsədini daşıyır.
Yeni tələb Gürcüstanın "Turizm haqqında" Qanunu və Gürcüstan hökumətinin "Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında" qərarına əsasən tətbiq edilir.
2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti "Startap" ş�
Gülnarə Həmidova növbəti uğursuz estetik əməliyyatın qurbanıdır.
Məhkumun Bərdədə evində gizlətdiyi avtomat silahı aşkarlanıb.
Bakının Abbasqulu ağa Bakıxanov dairəsinin ətrafı, Maqsud Əlizadə, Seyi
Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən bazarların biri
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqay�
Noyabr ayında Milli həmrəylik, qardaşlıq və demokratiya komissiyasından �
Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar v
Paytaxtda elə tikililər var ki, nə binadır, nə də xarabaxanadır. İnşaas
Bakıda su təchizatına dair Dövlət Proqramının monitorinqinin həyata keç
Suriya Prezidenti Əhməd Şara yanvarın 28-də Rusiyaya rəsmi səfər etməyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqay�
