Hikmət Hacıyevin adından yayılan video SAXTADIR
Digərləri 27 Yan 2026 11:58:00 65 0
Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından "deepfake" texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.
Bu xəbəri də oxu: Hava yenidən mülayimləşir
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb.
Bildirilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deepfake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Eyni zamanda, sosial şəbəkə platformalarının sahiblərini və müvafiq qurumları zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması, bu tip halların qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görməyə dəvət edirik", - deyə Medianın İnkişafı Agentliyinin məlumatında qeyd olunub.
Paytaxtda elə tikililər var ki, nə binadır, nə də xarabaxanadır. İnşaas
Bakıda su təchizatına dair Dövlət Proqramının monitorinqinin həyata keç
Suriya Prezidenti Əhməd Şara yanvarın 28-də Rusiyaya rəsmi səfər etməyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqay�
"Sığorta çərçivəsində vətəndaşlara təqdim olunacaq dərmanların
Bəzi media və sosial şəbəkələrdə yayılan Türkiyə Prezidenti Rəcəb
Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun nəvəsi ilk dəfə televiziya e
Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bankı arasında qurulmuş qarşılıql
Xidmətlər Zərfinə ilk mərhələdə ölüm riskinin ən yüksək olduğu ür
Azərbaycanda icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi geniş
İsrail ABŞ-la yeni, 10 illik hərbi yardım sazişi imzalamağı və maliyyə
"Bakıda 106 ambulator poliklinik müəssisənin fəaliyyətində struktur dəyi
Bakıda məhkəmə sədrinin arvadına xəsarət yetirdikdən sonra intihar etm�
"Qeyri-formal məşğul əhali sığortalı qismində özləri çıxış ed
