Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? Rəsmi açıqlama


Digərləri 26 Yan 2026 17:33:00 68 0

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb?  Rəsmi açıqlama

Azərbaycanda hazırda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb.

Bu barədə Son.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, virus ölkəmiz üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil: "Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır.

Nipah virusu Paramyxoviridae ailəsinə aid zoonoz mənşəli (heyvandan insana keçən), xüsusi təhlükəli yoluxucu xəstəlik törədicisidir. İnsanlara əsasən yarasalar tərəfindən çirkləndirilmiş meyvə və meyvə şirələrinin qəbulu, yoluxmuş heyvanlarla (xüsusilə donuzlarla) təmas, eləcə də nadir hallarda xəstə insandan hava-damcı yolu ilə keçə bilər. Xəstəliyin inkubasiya dövrü adətən 5-14 gün təşkil etsə də, bəzi hallarda 45 günə qədər uzana bilər. Kliniki əlamətlərə yüksək hərarət, baş, əzələ  boğaz ağrısı, şüurun pozulması, ensefalit, qıcolmalar və ağır hallarda koma daxildir. Hazırda xəstəliyə qarşı spesifik müalicə və peyvənd mövcud deyil, müalicə əsasən simptomatik xarakter daşıyır".

Məlumatda qeyd olunub ki, Azərbaycanda epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər: "Virusun insandan insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı minimaldır. Səhiyyə Nazirliyi tərəfindən vəziyyət daim izlənilir. Xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar olunduğu təqdirdə, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələrin aparılması mümkündür. 

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların məlumatları mütəmadi əsasda izlənilir. Profilaktik məqsədlə yarasalar tərəfindən çirkləndirilə biləcək meyvələrin yuyulmadan yeyilməməsi, pasterizə olunmamış meyvə şirələrinin qəbulundan çəkinilməsi, xəstə şəxslərlə təmas zamanı fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

Hazırkı mərhələdə əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Ümumi sanitariya-gigiyenik qaydalara riayət edilməsi kifayətdir. Endemik ərazilərdən qayıdan şəxslərin öz sağlamlıqlarını müşahidə etməsi və hər hansı şübhəli simptomlar yaranarsa, vaxtında həkimə müraciət etməsi tövsiyə olunur. Hazırda xəstəlik epidemioloji baxımdan nəzarət altındadır və təşviş üçün əsas yoxdur".


Xəbərə aid fotolar

“Məni aldatdılar, pulumu oğurladılar"  Tatlısəs övladlarından üsyan etdi like
  • 26 Yan 17:21  
Şou-biznes “Məni aldatdılar, pulumu oğurladılar" Tatlısəs övladlarından üsyan etdi

Yarışmadan kənarlaşdırıldıqdan sonra Türkiyəyə qayıtmayan Dilan Çita

arrow Ətraflı
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqləndi like
  • 26 Yan 17:20  
Digərləri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqləndi

Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsində rəqəm

arrow Ətraflı
4 müavini olacaq  Fərman like
  • 26 Yan 17:16  
Siyasət 4 müavini olacaq Fərman

"Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"yə dəyişikli

arrow Ətraflı
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib  FOTO like
  • 26 Yan 17:05  
Kriminal Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib FOTO

Beynəlxalq Muğam Mərkəzi nəzdində Əməkdar kollektiv, Səid Rüstəmov ad

arrow Ətraflı
Şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimə tətbiq olunacaq like
  • 26 Yan 17:02  
Digərləri Şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimə tətbiq olunacaq

Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublik

arrow Ətraflı
"Peşman olmaq istəmirsinizsə, Azərbaycana GETMƏYİN"  türkiyəli kişi like
  • 26 Yan 16:54  
Digərləri "Peşman olmaq istəmirsinizsə, Azərbaycana GETMƏYİN" türkiyəli kişi

Artıq beş ildir Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Həmzə Durunun

arrow Ətraflı
Ramiz Vəliyev barədə qərar verildi like
  • 26 Yan 16:44  
Kriminal Ramiz Vəliyev barədə qərar verildi

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 5

arrow Ətraflı
Həbsin iki üzü: müvəqqəti məhdudlaşdırma və cəzanın icrası like
  • 26 Yan 16:43  
Kriminal Həbsin iki üzü: müvəqqəti məhdudlaşdırma və cəzanın icrası

İnsan fəaliyyətinin neqativ nəticələrinə cəmiyyətin emosional, dövlət

arrow Ətraflı
Bu şəxslər 800 manat cərimələnəcək like
  • 26 Yan 16:37  
Digərləri Bu şəxslər 800 manat cərimələnəcək

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiqlənib.

arrow Ətraflı
Dövlət teatrlarında baş rejissor ştatı ləğv olundu like
  • 26 Yan 16:30  
Kriminal Dövlət teatrlarında baş rejissor ştatı ləğv olundu

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib.

arrow Ətraflı
Elektron siqaretlərlə bağlı qadağa təsdiqləndi like
  • 26 Yan 16:29  
Digərləri Elektron siqaretlərlə bağlı qadağa təsdiqləndi

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Tütün və t�

arrow Ətraflı
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək like
  • 26 Yan 16:28  
Digərləri İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək

İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cər

arrow Ətraflı
Xaçmazda sahibkarlarla görüş keçiriləcək like
  • 26 Yan 16:26  
Digərləri Xaçmazda sahibkarlarla görüş keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən regionlard

arrow Ətraflı
Bakının bu rayonlarında iş tapmaq like
  • 26 Yan 16:20  
Digərləri Bakının bu rayonlarında iş tapmaq

Bakı şəhərində 2025-ci ilin yanvar-sentyabr ayları ərzində (ilk 9 ayda)

arrow Ətraflı
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqləndi like
  • 26 Yan 16:18  
Siyasət "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqləndi

"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdi

arrow Ətraflı