“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqləndi


Digərləri 26 Yan 2026 17:20:00 62 0

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqləndi

Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni mərhələ başlanır. Prezident İlham Əliyevin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin (RDMİS) Əsasnaməsi təsdiq edilib.

Son.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etməklə dövlət maliyyəsinin daha səmərəli, şəffaf və çevik idarə olunmasını təmin etmək, maliyyə proseslərində rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək məqsədi daşıyır. Yeni informasiya sistemi dövlət maliyyəsinin planlaşdırılması, icrası, nəzarəti və təhlili sahələrində vahid rəqəmsal mühitin formalaşdırılmasını hədəfləyir.

RDMİS-nin sahibi və operatoru Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Sistem müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir. "Büdcə məlumatlarını idarəetmə", "Dövlət maliyyə nəzarəti", "Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi", "Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi", "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi", "e-azadolma", "e-müqavilə", "e-muhasibat", "e-rüsum", "e-mədaxil", "Elektron ciddi hesabat blankları", "Xəzinədarlığın rəqəmsal idarə edilməsi" və "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" bu altsistemlərə daxildir.

Əsasnaməyə görə tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılan "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi dövlət və icmal büdcələrin gəlir və xərclərinin idarə edilməsini, dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarəti, dövlət borcu və maliyyə öhdəliklərinin monitorinqini, dövlət investisiya layihələrinin qiymətləndirilməsini və maliyyələşdirilməsini, dövlət büdcəsinin kassa icrasını və dövlət vəsaitlərinin mərkəzləşdirilmiş idarə olunmasını, mühasibat uçotu, həmçinin dövlət rüsumları, inzibati cərimələr, elektron müqavilələr, elektron mühasibat uçotu və digər mühüm istiqamətləri əhatə etməklə maliyyə əməliyyatları üzrə məlumatların real vaxt rejimində toplanmasını və təhlilini təmin edəcək.

Yeni sistem dövlət qurumları, hüquqi və fiziki şəxslər üçün elektron kabinetlər vasitəsilə əlçatan olacaq, maliyyə məlumatlarının dəqiqliyini və etibarlılığını artıracaq, qərar qəbuletmə prosesində analitik imkanları genişləndirəcək.

Fərmanın icrası ilə bağlı Maliyyə Nazirliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilib. Bu tapşırıqlar çərçivəsində sistemin formalaşdırılması, təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemləri ilə inteqrasiyası və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi dövlət maliyyə idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına və rəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə mühüm töhfə verəcək.

4 müavini olacaq  Fərman like
  • 26 Yan 17:16  
Siyasət 4 müavini olacaq Fərman

"Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"yə dəyişikli

arrow Ətraflı
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib  FOTO like
  • 26 Yan 17:05  
Kriminal Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib FOTO

Beynəlxalq Muğam Mərkəzi nəzdində Əməkdar kollektiv, Səid Rüstəmov ad

arrow Ətraflı
Şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimə tətbiq olunacaq like
  • 26 Yan 17:02  
Digərləri Şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimə tətbiq olunacaq

Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublik

arrow Ətraflı
"Peşman olmaq istəmirsinizsə, Azərbaycana GETMƏYİN"  türkiyəli kişi like
  • 26 Yan 16:54  
Digərləri "Peşman olmaq istəmirsinizsə, Azərbaycana GETMƏYİN" türkiyəli kişi

Artıq beş ildir Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Həmzə Durunun

arrow Ətraflı
Ramiz Vəliyev barədə qərar verildi like
  • 26 Yan 16:44  
Kriminal Ramiz Vəliyev barədə qərar verildi

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 5

arrow Ətraflı
Həbsin iki üzü: müvəqqəti məhdudlaşdırma və cəzanın icrası like
  • 26 Yan 16:43  
Kriminal Həbsin iki üzü: müvəqqəti məhdudlaşdırma və cəzanın icrası

İnsan fəaliyyətinin neqativ nəticələrinə cəmiyyətin emosional, dövlət

arrow Ətraflı
Bu şəxslər 800 manat cərimələnəcək like
  • 26 Yan 16:37  
Digərləri Bu şəxslər 800 manat cərimələnəcək

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiqlənib.

arrow Ətraflı
Dövlət teatrlarında baş rejissor ştatı ləğv olundu like
  • 26 Yan 16:30  
Kriminal Dövlət teatrlarında baş rejissor ştatı ləğv olundu

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib.

arrow Ətraflı
Elektron siqaretlərlə bağlı qadağa təsdiqləndi like
  • 26 Yan 16:29  
Digərləri Elektron siqaretlərlə bağlı qadağa təsdiqləndi

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Tütün və t�

arrow Ətraflı
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək like
  • 26 Yan 16:28  
Digərləri İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək

İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cər

arrow Ətraflı
Xaçmazda sahibkarlarla görüş keçiriləcək like
  • 26 Yan 16:26  
Digərləri Xaçmazda sahibkarlarla görüş keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən regionlard

arrow Ətraflı
Bakının bu rayonlarında iş tapmaq like
  • 26 Yan 16:20  
Digərləri Bakının bu rayonlarında iş tapmaq

Bakı şəhərində 2025-ci ilin yanvar-sentyabr ayları ərzində (ilk 9 ayda)

arrow Ətraflı
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqləndi like
  • 26 Yan 16:18  
Siyasət "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqləndi

"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdi

arrow Ətraflı
Prezident bir sıra qanunların tətbiqi ilə bağlı Sərəncam imzaladı like
  • 26 Yan 16:17  
Siyasət Prezident bir sıra qanunların tətbiqi ilə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsin

arrow Ətraflı
Prezidentdən DGK Akademiyasının məzunları ilə bağlı FƏRMAN like
  • 26 Yan 16:15  
Siyasət Prezidentdən DGK Akademiyasının məzunları ilə bağlı FƏRMAN

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının

arrow Ətraflı