Azərbaycanda əkin yerinin yandırılması ilə bağlı yeni cərimələr təsdiqləndi
Digərləri 26 Yan 2026 16:13:00 77 0
Azərbaycanda əkin yerinin yandırılması ilə bağlı yeni cərimələr təsdiqlənib.
Bu xəbəri də oxu: "Əsgərlər ailələri ilə vidalaşsın!"
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 6 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək.
Əvvəlki qanuna əsasən isə əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə edilirdilər.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
Maliyyə institutları və digər şəxslər tərəfindən məlumatların və s�
Gəncə şəhərində "İkinci Həyat" adlı bədii layihə çərçi
General-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisini tə
ABŞ-də güclü qar fırtınası nəticəsində ən azı 5 nəfər həyatını
Xalq artisti Röya Ayxan jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycanda bir sıra şəxslərə kommunal ödənişlərdə və nəqliyyatda
Kahramanmaraşda 5 günlük körpəyə şiddət tətbiq edərək onun ömürlük
"Nadir Events"in təşkilatçılığı ilə Opera Studiyasının kon
Türk xalq və klassik musiqi sənətçisi, "Hasretinle Yandı Gönlüm&quo
Canlı efirdə xanəndə Kəmalə Nəsibova ilə müğənni Mənzurə Musayeva a
Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, Tbilis
İstanbulun Silivri və Avcılar rayonlarında dəniz səviyyəsinin nəzərəç
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındak
