5 günlük körpəni əlil qoyan tibb bacısının ifadəsi üzə çıxdı
Digərləri 26 Yan 2026 15:06:00 79 0
Kahramanmaraşda 5 günlük körpəyə şiddət tətbiq edərək onun ömürlük fiziki və əqli əlil qalmasına səbəb olmaqda ittiham edilən tibb bacısı Hazel Dırık Bağrıyanıkın məhkəmədə verdiyi ifadə açıqlanıb.
Bu xəbəri də oxu: İranda divarlara Tramp üçün mesaj yazıldı
Son.az xəbər verir ki, Hazel Dırık Bağrıyanık "qəsdən xəsarət yetirmə" maddəsi ilə 3 ilə qədər azadlıqdan məhrumetmə tələbi ilə mühakimə olunur. İttihama görə, 2021-ci ildə yenidoğulmuş Deniz Esin Bozoklar körpə vaxtı məruz qaldığı şiddət nəticəsində serebral palsi, epilepsiya və fiziki əlillik diaqnozu alıb.
SEGBİS sistemi vasitəsilə Kahramanmaraş 10-cu Asliye Cəza Məhkəməsində ifadə verən Bağrıyanık əvvəlki ifadələrini təkrarladığını və əlavə edəcəyi bir söz olmadığını bildirib. Bunun ardından hakim təhlükəsizlik kamerası görüntülərini məhkəmədə nümayiş etdirib.
Görüntülərdə tibb bacısının körpəyə qan alma tüpü ilə vurduğu, saçını dartdığı, ayağını və qarın nahiyəsini sıxdığı əks olunub. Hakimin suallarına cavab verən Bağrıyanık körpədən qan alma prosedurunun tibbi qaydalara uyğun olduğunu iddia edərək, "Damar yolu açılmadığı üçün damlatma üsulu ilə qan alırdıq. Körpəyə zərər vermək niyyətim olmayıb, məqsədim yalnız iynəni rahat vurum deyə bədəninin yönünü düzəltmək idi" deyə bildirib.
Bağrıyanık həmçinin görüntülərdə görünən hərəkətlərin "ani refleks" nəticəsində baş verdiyini, peşman olduğunu və körpəyə qəsdən zərər vermədiyini söyləyib.
"Nadir Events"in təşkilatçılığı ilə Opera Studiyasının kon
Türk xalq və klassik musiqi sənətçisi, "Hasretinle Yandı Gönlüm&quo
Canlı efirdə xanəndə Kəmalə Nəsibova ilə müğənni Mənzurə Musayeva a
Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, Tbilis
İstanbulun Silivri və Avcılar rayonlarında dəniz səviyyəsinin nəzərəç
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındak
Azərbaycanda 120 min manata mobil nömrə satılır.
Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza b
Paytaxtın bəzi ərazilərində tikililər qeyri-qanuni olaraq mühafizə zola�
"UTair" aviaşirkətinə məxsus Bakı-Gəncə istiqamətində həyata
Bakı gecələrində lüks avtomobili ilə görüntülənən müğənni Nəfəs
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin rəis mü
Nizami Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqəda
