Bu küçələrdə yerləşən evlərlə bağlı XƏBƏRDARLIQ edildi


Digərləri 26 Yan 2026 13:07:00 68 0

Bu küçələrdə yerləşən evlərlə bağlı XƏBƏRDARLIQ edildi

Paytaxtın bəzi ərazilərində tikililər qeyri-qanuni olaraq mühafizə zolağında, magistral içməli və tullantı su xətlərinin üzərində tikilib. Həmin xətlər istismar müddətinin bitməsi səbəbindən, ya da üzərində qanunsuz inşa edilən tikililərin ağırlığından sıradan çıxır.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. 

Biləcəri qəsəbəsi, Tomris və Zeytun küçələrində kollektorun üzərində evlər tikildiyinə və sakinlərin konstruksiyasını zədələyərək fərdi kanalizasiya təchizatlarını magistral xəttə qoşduqlarına görə yararsız hala düşən xətt İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yenisi ilə əvəzlənir.

Kanalizasiya təsərrüfatının mövcud vəziyyəti barədə sakinlərə öncədən xəbərdarlıq edilib. Onlara bildirilib ki, su təchizatı və kanalizasiya sistemlərinin mühafizə ərazisində, boruların üzərində tikililərin olması böyük təhlükələrə yol açır. Belə vəziyyətdə yüklənmə nəticəsində həm təchizat sistemi sıradan çıxar, həm də evlərə ziyan dəyər.

Hazırda yararsız hala düşən tullantı su kollektorunun yeri dəyişdirilir. Yeni xətt Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar Sadıqov küçələrinin müəyyən hissələrini əhatə edir.

Diametri 1000 mm olan qəzalı kollektorun əvəzinə yeni magistral xəttin çəkilməsi işləri çərçivəsində uzunluğu 1152 metr yeni tullantı su xətti inşa edilir. Hazırda xəttin 1068 metr hissəsi çəkilib.

Layihəyə uyğun olaraq 22 ədəd quyu nəzərdə tutulub. Onlardan 14 ədədi tikilib. Eyni zamanda, layihə çərçivəsinə 2304 metr abonent xətti çəkilir.

Ərazidə ümumi funksionallığı təmin etmək üçün diametri 300 mm olan boru ilə 1050 metr kanalizasiya kollektorunun inşası da nəzərdə tutulub.

Xatırladaq ki, Tomris küçəsində 2025-ci il dekabrın 16-da fərdi yaşayış evinin bünövrəsi çökmüşdü. Həmin vaxt çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlərin görüldüyü barədə məlumat verilmişdi.

Yasamal rayonu, Həbib bəy Səlimov küçəsində evlər su xəttinin üzərində inşa olunub. Yüklənmə nəticəsində qəzalı vəziyyət yarandığı üçün 48 metr yeni xətt çəkilərək istismara verilib.

Tullantı su xəttinin üzərində tikili olan daha bir ünvan Nərimanov rayonu, Şahin Mustafayev küçəsidir. Küçədən keçən mövcud kanalizasiya xəttində qəza baş verib. Qəzalı hissə fərdi yaşayış evinin altında qaldığına görə xəttin bərpası mümkün olmayıb. Bu səbəbdən yeni xəttin çəkilməsi məcburiyyəti yaranıb. Ərazinin torpaq örtüyü qaya daşlarından ibarət olduğuna görə xüsusi texnika cəlb edilib. İşlər yaxın günlərdə yekunlaşdırılacaq. 

Asya Son.az 

Bakı–Gəncə reysi ehtiyat hava limanına yönləndirilib like
  • 26 Yan 12:51  
Digərləri Bakı–Gəncə reysi ehtiyat hava limanına yönləndirilib

"UTair" aviaşirkətinə məxsus Bakı-Gəncə istiqamətində həyata

arrow Ətraflı
Nəfəs bahalı maşını ilə GÖRÜNTÜLƏNDİ like
  • 26 Yan 12:45  
Şou-biznes Nəfəs bahalı maşını ilə GÖRÜNTÜLƏNDİ

Bakı gecələrində lüks avtomobili ilə görüntülənən müğənni Nəfəs

arrow Ətraflı
Generalın qardaşı FHNdəki vəzifəsindən azad olundu like
  • 26 Yan 12:43  
Digərləri Generalın qardaşı FHNdəki vəzifəsindən azad olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin rəis mü

arrow Ətraflı
Bakıda icra başçısı iki şöbənin müdirini işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi like
  • 26 Yan 12:34  
Digərləri Bakıda icra başçısı iki şöbənin müdirini işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi

Nizami Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqəda

arrow Ətraflı
Somalidən Azərbaycana ət gətirilir? like
  • 26 Yan 12:32  
Digərləri Somalidən Azərbaycana ət gətirilir?

Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətiril

arrow Ətraflı
Maşın, yoxsa ev  İndiki zamanda hansını almaq daha faydalıdır?  ARAŞDIRMA like
  • 26 Yan 12:30  
Digərləri Maşın, yoxsa ev İndiki zamanda hansını almaq daha faydalıdır? ARAŞDIRMA

Azərbaycanda avtomobil almaqla mənzilə ilkin ödəniş etmək arasında seçi

arrow Ətraflı
Sabah bəzi rayonlara qar yağacaq like
  • 26 Yan 12:27  
Digərləri Sabah bəzi rayonlara qar yağacaq

Yanvarın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Kərə yağı BAHALAŞDI  Yeni qiymətlər like
  • 26 Yan 12:17  
Digərləri Kərə yağı BAHALAŞDI Yeni qiymətlər

Xəbər veridyimiz kimi, yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal

arrow Ətraflı
İran xarici təcavüzə sərt cavab verəcək like
  • 26 Yan 12:13  
Dünya İran xarici təcavüzə sərt cavab verəcək

İran hər hansı xarici təcavüzə sərt cavab verəcək.

arrow Ətraflı
Ramin Bayramlıya yeni VƏZİFƏ VERİLDİ like
  • 26 Yan 12:12  
Digərləri Ramin Bayramlıya yeni VƏZİFƏ VERİLDİ

Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə H

arrow Ətraflı
İl boyu uğur qazanacaq BÜRCLƏR  karyera yüksəlişi, pul, like
  • 26 Yan 12:02  
Digərləri İl boyu uğur qazanacaq BÜRCLƏR karyera yüksəlişi, pul,

Astroloqların açıqlamalarına görə, bu il bəzi bürclər üçün xüsusil�

arrow Ətraflı
Jurnalisti hicab taxmadığı üçün daşqalaq etdilər like
  • 26 Yan 11:55  
Digərləri Jurnalisti hicab taxmadığı üçün daşqalaq etdilər

Türkiyə televiziya kanalının qadın müxbiri Yaxın Şərqdəki qaçqın dü

arrow Ətraflı
"Əsgərlər ailələri ilə vidalaşsın!" like
  • 26 Yan 11:50  
Digərləri "Əsgərlər ailələri ilə vidalaşsın!"

ABŞ əsgərləri Prezident Donald Trampın əmrlərini icra edərək, İrana qa

arrow Ətraflı
Həmin ərazidə söküntü başlayır  Kvadratına 2500 manat like
  • 26 Yan 11:40  
Digərləri Həmin ərazidə söküntü başlayır Kvadratına 2500 manat

Sumqayıtda şəhərində şəhərsalma və təhlükəsizlik tədbirləri nətic

arrow Ətraflı
İlham Əliyev Avstraliyanın generalqubernatorunu təbrik edib like
  • 26 Yan 11:37  
Siyasət İlham Əliyev Avstraliyanın generalqubernatorunu təbrik edib

Azərbaycan Prezident İlham Əliyev Avstraliyanın general-qubernatoru Samanta

arrow Ətraflı