Həmin ərazidə söküntü başlayır Kvadratına 2500 manat


Digərləri 26 Yan 2026 11:40:00 53 0

Həmin ərazidə söküntü başlayır  Kvadratına 2500 manat

Sumqayıtda şəhərində şəhərsalma və təhlükəsizlik tədbirləri nəticəsində beş ünvanda söküntü işlərinin aparılması planlaşdırılır. 

Son.az xəbər verir ki, həmin ərazilər şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə yerləşən və istismar müddətini başa vuran binalar söküləcək.

İrimiqyaslı yeni urbanizasiya layihəsinin icrası çərçivəsində Çin investorlarının Sumqayıta sərmayə yatıracağı, mövcud yaşayış massivlərində yerləşən taxta "fin evləri"nin söküləcəyi və ərazidə tamamilə yeni şəhərcik salınacağı bildirilir. Məlumata görə, layihə şərti olaraq "Şanxay" adı ilə tanınacaq. Yeni şəhərcikdə müasir tipli çoxmərtəbəli yaşayış binaları, AVM (alış-veriş mərkəzi), əyləncə və istirahət zonaları, həmçinin sosial infrastrukturların - məktəb, uşaq bağçası və ictimai xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.

Sakinlərə hansı məbləğdə kompensasiya verilə bilər?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, ilkin hesablamalar aparmışıq:

"Mən hesab edirəm ki, Sumqayıt ərazisində yerləşməsindən asılı olaraq, bir kvadratmetr üçün kompensasiya məbləğinin təqribən 2000-2500 manat civarında olması məqsədəuyğundur. Hazırda mövcud qiymətləndirmələrdə bu rəqəm təxminən 1500 manat təşkil edir ki, qeyd edilən məbləğlə həmin ərazilərdə yeni mənzil almaq mümkün deyil. Çünki bu, yalnız qəzalı binanın mövcud bazar dəyərini əks etdirir. Lakin kompensasiya məbləği 2000-2500 manat aralığında müəyyən olunarsa, Sumqayıt ərazisində yeni tikililərdən mənzil əldə etmək mümkün ola bilər.

Kompensasiya verilməsi zamanı bir şərtin tətbiq olunmasını da məqsədəuyğun hesab edirəm. Belə ki, verilən kompensasiya məbləği ilə Sumqayıt sakinləri yalnız Sumqayıt şəhəri ərazisində mənzil almaq hüququna malik olsunlar. Çünki vətəndaşların başqa şəhərlərə köçməsi ehtimalı da mövcuddur. Sumqayıt inkişaf etməli, böyüməli və ölkənin əsas şəhər, sənaye mərkəzlərindən biri kimi mövqeyini gücləndirməlidir.

Əgər köhnə binaların yerində parklar salınacaq və ya yollar genişləndiriləcəksə, bu halda sakinlərə kompensasiya ödəniləcək. Həmin kompensasiya məbləği vətəndaşlara ən azı bir kilometr radiusda yerləşən yeni tikililərdən mənzil əldə etməyə imkan yaratmalıdır.

Proses artıq başlayıb. Əldə etdiyimiz məlumatlara görə, ilkin mərhələdə bir sıra ərazilərdə bina sakinləri məlumatlandırılıblar".

Aysel Son.az 

İlham Əliyev Avstraliyanın generalqubernatorunu təbrik edib like
  • 26 Yan 11:37  
Siyasət İlham Əliyev Avstraliyanın generalqubernatorunu təbrik edib

Azərbaycan Prezident İlham Əliyev Avstraliyanın general-qubernatoru Samanta

arrow Ətraflı
"Gündə 3 min manat QAZANIRAM" like
  • 26 Yan 11:30  
Şou-biznes "Gündə 3 min manat QAZANIRAM"

"Elit star" ləqəbi ilə tanınan müğənni Cəmilə maraqlı və m�

arrow Ətraflı
1 yaşlı uşaq xəstəxanada öldü like
  • 26 Yan 11:29  
Digərləri 1 yaşlı uşaq xəstəxanada öldü

Ağcabədi rayonunda bir yaşlı körpə xəstəxanada ölüb.

arrow Ətraflı
Vəkillər Kollegiyasından qovulmuşdu like
  • 26 Yan 11:25  
Kriminal Vəkillər Kollegiyasından qovulmuşdu

2022-25-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuş İbrahim Hüseyno

arrow Ətraflı
Qazaxıstanda bu cinayətdə təqsirli bilinənlərin seçkilərdə iştirakı qadağan oluna bilər like
  • 26 Yan 11:23  
Dünya Qazaxıstanda bu cinayətdə təqsirli bilinənlərin seçkilərdə iştirakı qadağan oluna bilər

Qazaxıstan Konstitusiyasına dəyişikliklər edilərkən korrupsiya cinayətl�

arrow Ətraflı
ABŞdə təyyarə qəzaya uğradı  Göyərtəsində 8 nəfər olub like
  • 26 Yan 11:20  
Dünya ABŞdə təyyarə qəzaya uğradı Göyərtəsində 8 nəfər olub

ABŞ-ın Men ştatının Banqor Beynəlxalq Hava Limanında 8 nəfərin olduğu

arrow Ətraflı
Bakıda 75 yaşlı qadın şadlıq sarayında öldü like
  • 26 Yan 11:19  
Digərləri Bakıda 75 yaşlı qadın şadlıq sarayında öldü

Bakıda 75 yaşlı qadın şadlıq sarayında ölüb.

arrow Ətraflı
“Əvvəl Allaha, sonra isə Ərdoğana güvənirik” like
  • 26 Yan 11:15  
Dünya “Əvvəl Allaha, sonra isə Ərdoğana güvənirik”

Sudan Silahlı Qüvvələrinin komandanı Abdel Fəttah əl-Burhan ölkəsində

arrow Ətraflı
Nazir ona yüksək vəzifə verdi like
  • 26 Yan 11:07  
Digərləri Nazir ona yüksək vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsinin mü

arrow Ətraflı
Məşhur müğənni xərçəngə qalib gəldi like
  • 26 Yan 11:02  
Şou-biznes Məşhur müğənni xərçəngə qalib gəldi

Bir müddətdir leykemiya xəstəliyi ilə mübarizə aparan müğənni Cansever

arrow Ətraflı
ASCOnun sifarişi əsasında BGZdə tikilən tankerlər üzrə işlər davam edir like
  • 26 Yan 11:00  
Digərləri ASCOnun sifarişi əsasında BGZdə tikilən tankerlər üzrə işlər davam edir

AZCON Holdinq şirkətlərindən olan ASCO-nun yerləşdirdiyi sifarişə uyğun

arrow Ətraflı
Abşeronun bəzi ərazilərində işıq olmayacaq like
  • 26 Yan 10:57  
Digərləri Abşeronun bəzi ərazilərində işıq olmayacaq

Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişin

arrow Ətraflı
Partlayış səsləri eşidiləcək like
  • 26 Yan 10:56  
Digərləri Partlayış səsləri eşidiləcək

26-30 yanvar tarixlərində Pirəkəşkül və Ağdərədə istismar müddəti b

arrow Ətraflı
Magistraturaya sənəd qəbulu başa çatır like
  • 26 Yan 10:43  
Digərləri Magistraturaya sənəd qəbulu başa çatır

Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların əriz�

arrow Ətraflı