Qazaxıstanda bu cinayətdə təqsirli bilinənlərin seçkilərdə iştirakı qadağan oluna bilər


Dünya 26 Yan 2026 11:23:00 58 0

Qazaxıstanda bu cinayətdə təqsirli bilinənlərin seçkilərdə iştirakı qadağan oluna bilər

Qazaxıstan Konstitusiyasına dəyişikliklər edilərkən korrupsiya cinayətlərində təqsirli bilinən şəxslərin seçkilərdə iştirakının qadağan olunması təklif edilir.

Son.az xəbər verir ki, bu barədə məlumatı Senatın deputatı və Konstitusiya Komissiyasının üzvü Nurlan Beknazarov verib.

Beknazarovun sözlərinə görə, "korrupsiya cinayətlərində və ya qanunla müəyyən edilmiş qaydada korrupsiya hüquqpozuntularında təqsirli bilinmiş vətəndaşlar seçilmək hüququna malik olmamalıdırlar".

O, həmçinin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslərin və azadlıqdan məhrumetmə yerlərində cəza çəkən vətəndaşların seçkilərdə və referendumlarda iştirak etməməsinin zəruri olduğunu vurğulayıb.

Dəyişikliklər layihəsində həmçinin parlament deputatlarının mandatlarının ləğv edilməsi halları da müəyyən edilib. Belə ki, daimi yaşayış üçün ölkə hüdudlarından kənara köçən, Qazaxıstan vətəndaşlığını itirən, seçildiyi partiyanın siyahısından çıxan və ya partiyanın fəaliyyəti dayandırılan deputatlar mandatdan məhrum edilə bilər.

Prezident Kasım-Jomart Tokayev isə Konstitusiyaya dəyişikliklər edərək birpalatalı parlamentin yaradılmasını təklif edib. Yeni modelə görə, 145 deputat yalnız partiya siyahıları üzrə seçiləcək və özünü irəli sürmə imkanları ləğv olunacaq. Prezident həmçinin vitse-prezident vəzifəsinin yaradılması, məşvərətçi orqanların islahatı və digər dəyişiklikləri də gündəmə gətirib.

İslahatların hazırlanması üçün Konstitusiya Komissiyası yaradılıb və təklif edilən dəyişikliklər referendumda səsverməyə çıxarılacaq. Referendumun tarixi hələlik açıqlanmayıb.

Ayxan

Son.az

ABŞdə təyyarə qəzaya uğradı  Göyərtəsində 8 nəfər olub like
  • 26 Yan 11:20  
Dünya ABŞdə təyyarə qəzaya uğradı Göyərtəsində 8 nəfər olub

ABŞ-ın Men ştatının Banqor Beynəlxalq Hava Limanında 8 nəfərin olduğu

arrow Ətraflı
Bakıda 75 yaşlı qadın şadlıq sarayında öldü like
  • 26 Yan 11:19  
Digərləri Bakıda 75 yaşlı qadın şadlıq sarayında öldü

Bakıda 75 yaşlı qadın şadlıq sarayında ölüb.

arrow Ətraflı
“Əvvəl Allaha, sonra isə Ərdoğana güvənirik” like
  • 26 Yan 11:15  
Dünya “Əvvəl Allaha, sonra isə Ərdoğana güvənirik”

Sudan Silahlı Qüvvələrinin komandanı Abdel Fəttah əl-Burhan ölkəsində

arrow Ətraflı
Nazir ona yüksək vəzifə verdi like
  • 26 Yan 11:07  
Digərləri Nazir ona yüksək vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsinin mü

arrow Ətraflı
Məşhur müğənni xərçəngə qalib gəldi like
  • 26 Yan 11:02  
Şou-biznes Məşhur müğənni xərçəngə qalib gəldi

Bir müddətdir leykemiya xəstəliyi ilə mübarizə aparan müğənni Cansever

arrow Ətraflı
ASCOnun sifarişi əsasında BGZdə tikilən tankerlər üzrə işlər davam edir like
  • 26 Yan 11:00  
Digərləri ASCOnun sifarişi əsasında BGZdə tikilən tankerlər üzrə işlər davam edir

AZCON Holdinq şirkətlərindən olan ASCO-nun yerləşdirdiyi sifarişə uyğun

arrow Ətraflı
Abşeronun bəzi ərazilərində işıq olmayacaq like
  • 26 Yan 10:57  
Digərləri Abşeronun bəzi ərazilərində işıq olmayacaq

Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişin

arrow Ətraflı
Partlayış səsləri eşidiləcək like
  • 26 Yan 10:56  
Digərləri Partlayış səsləri eşidiləcək

26-30 yanvar tarixlərində Pirəkəşkül və Ağdərədə istismar müddəti b

arrow Ətraflı
Magistraturaya sənəd qəbulu başa çatır like
  • 26 Yan 10:43  
Digərləri Magistraturaya sənəd qəbulu başa çatır

Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların əriz�

arrow Ətraflı
İlham Əliyev Gideon Saarı qəbul edib  FOTO like
  • 26 Yan 10:34  
Siyasət İlham Əliyev Gideon Saarı qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail

arrow Ətraflı
Rəqsanədən məşhur aparıcıya AĞIR SÖZLƏR: "Gəl, ərim sübut etsin sənə..." like
  • 26 Yan 10:30  
Şou-biznes Rəqsanədən məşhur aparıcıya AĞIR SÖZLƏR: "Gəl, ərim sübut etsin sənə..."

Müğənni Rəqsanə İsmayılova jurnalist və aparıcı Səidə Bəkirqızın

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 26 Yan 10:16  
Digərləri Türkiyədə zəlzələ oldu

Balıkesirin Sındırgı rayonunda 4,4 bal gücündə zəlzələ olub

arrow Ətraflı
Cəlil Əhmədov işdən çıxarıldı like
  • 26 Yan 10:08  
Digərləri Cəlil Əhmədov işdən çıxarıldı

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüqu

arrow Ətraflı