“Yoldaşıma stent qoyulandan sonra ürəyi dayandı”
Digərləri 24 Yan 2026 11:47:00 59 0
"Appro Hospital"da ürəyinə stent qoyulan 56 yaşlı kişi vəfat edib.
Bu xəbəri də oxu: Ötən il hərbi xidmət əleyhinə cinayətlər azalıb
Son.az xəbər verir ki, bu barədə mərhum Cəmil Qafarovun həyat yoldaşı Zahirə Qafarova Xəzər TV-yə danışıb.
Z.Qafarovanın iddiasına görə, ərinin ölümünə səbəb həkim məsuliyyətsizliyi olub:
"Yoldaşımın vəziyyəti yanvarın 15-də evdə qəflətən pisləşdi. Təcili tibbi yardım çağırdıq, onlar müdaxilə etdikdən sonra yoldaşım qismən özünü yaxşı hiss etdi. Sonra yenidən pisləşdiyi üçün bizə yaxın olan "Appro Hospital"a apardıq. Həkimlər dedi ki, "xəstə gizli infarkt keçirib, sabah əməliyyata götürəcəyik". Əməliyyat olundu, vəziyyəti yaxşılaşdı və palataya köçürüldü".
Bu əməliyyatdan iki gün sonra kordioloq-cərrah Rafiq Xəlilov xəstəyə ikinci stentin qoyulması üçün təcili əməliyyatın lazım olduğunu deyib: "Əslində həkim mənə demişdi ki, birinci əməliyyatdan ancaq 4 ay sonra yenidən stent qoyula bilər. Stent qoyuldu, həkimlə görüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Yoldaşım palataya yerləşdirildi. Bir müddət sonra başqa bir həkim məlumat verdi ki, "ürəyi dayanıb, ürək masajı edilir". Bəlkə də ölmüşdü, bizə gec xəbər verdilər. Ən sonda dedilər ki, "başınız sağ olsun".
Kardioloq-cərrah Rafiq Xəlilov bildirib ki, xəstə ürəyin kəskin koronar sindromu diaqnozu ilə xəstəxanaya yerləşdirilib: "Damarı açıb stent yerləşdirdik. Amma xəstənin ümumi vəziyyəti də ağır idi. Digər damarlarda 70-80 faiz darlıqlar var idi. Lakin iki gün sonra vəziyyəti yenə də pisləşdi. Ailə ilə razılaşdıq. Bildirdik ki, bizim qoyduğumuz stentin tutulma ehtimalı var. Buna görə də ikinci dəfə əməliyyata aldıq. Lakin bu dəfə bütün səylərimizə baxmayaraq xəstənin ürəyi dayandı".
"Appro Hospital"dan isə cavab olaraq bildirilib ki, ölümün dəqiq səbəbləri məhkəmə tibbi ekpertiza tərəfindən araşdırılır.
Narkotik satışı ilə bağlı uzun müddət həbsdə olmuş şəxs bu dəfə a
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.
"Azercell Telekom" "Biznesim" tarif paketləri çərçivəsi
"Hüquqları pozulmuş rayon və şəhər təşkilatlarının sədrləri qu
Qaraciyər çatışmazlığı səbəbilə bir müddətdir müalicə alan türkiy
Bir neçə gün davam edən əlverişsiz hava nisbətən sabitləşsə də, öt�
Rusiya ordusu gecə saatlarında "Şahed" tipli pilotsuz uçuş aparat
Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi olub. Zərərçək
Tramp sülh müqaviləsini dəstəklədiklərinə görə Prezident İlham Əliye
Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində motosikletçi həyatını i
Türkiyənin Balıkesir vilayətində 5,1 maqnitudalı zəlzələ baş verib.
Yanvar ayının 18-də Sərhəd Qoşunları Komandanlığının "Horadiz&qu
Qlobal əmtəə bazarlarında qızılın qiyməti tarixi həddi aşaraq 5 min do
Çoxumuz enerjiyə qənaət etmək üçün çaydanı az istifadə edir və ya so
