Görüşlərə hərbi formada gələn “məmur”un fırıldağı Mal ətindən toyuğa qədər...


Digərləri 24 Yan 2026 11:41:00 48 0

Görüşlərə hərbi formada gələn “məmur”un fırıldağı  Mal ətindən toyuğa qədər...

Narkotik satışı ilə bağlı uzun müddət həbsdə olmuş şəxs bu dəfə ağlasığmaz cinayət törədib.

Son.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 5 il əvvəl azadlığa çıxan 45 yaşlı Anar Mehdiyev özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim edərək bir neçə şirkət rəhbərinə 358 min manat ziyan vurub.

Mehdiyev zərərçəkmişlərdən birinə özünü Müdafiə Nazirliyinin Təchizat şöbəsinin mayoru, birinə polkovnik-leytenantı, digərinə isə polkovniki kimi təqdim edib. Guya adı Zeynaldır, ordunun ərzaq və digər təminatlarını yerinə yetirir.

Məsələn, ərzaq satışı ilə məşğul olan firma sahibi Rizvan Quliyevə belə kələk gəlib ki, o, Şəmkir və Bərdə hərbi korpuslarının ərzaq təminatını təşkil edir. Anar bu üsulla firmanın anbarından 52 min 500 manatlıq mal əti götürüb. Həmin məhsulu isə müxtəlif ticarət obyektlərində satdıqdan sonra ona inamı möhkəmləndirmək üçün əldə etdiyi vəsaitdən firma sahibinə 40 min manat verib. Artıq güvən qazanan Mehdiyev növbəti dəfə eyni firmadan 82 min 500 manatlıq məhsul alaraq aradan çıxıb.

Bundan sonra Mehdiyev pulunu hesaba köçürəcəyini deyərək eyni fırıldaqla üç ayrı-ayrı şirkətdən 200 min manatlıq toyuq əti, başqa bir firmanın direktor müavinindən isə 26 min manatlıq təkər və akkumulyatoru alıb sataraq pulunu mənimsəyib.

İstintaq materiallarında yazılıb ki, o, rəsmi şəxs olduğunu sübut etmək üçün saxta sənədlər təqdim edib.

Təqsirləndirilən şəxs sonuncu zərərçəkmişi də özünəməxsus şəkildə aldadıb. Firmanın direktor müavinini inandırıb ki, Müdafiə Nazirliyinin bir sıra yük maşınlarının təkərləri və akkumulyatorları sıradan çıxıb, "Zəfər Günü" ilə bağlı bir neçə günlük fasilədən istifadə edərək təcili dəyişdirilməlidirlər.

Aldanılan iş adamlarının sözlərinə görə, Anar Mehdiyev onları şoka salıb. Belə ki, görüşlərə hərbi formada gəlib, özünü əsl dövlət məmuru kimi aparıb. Onlar hamısı şikayətçi olduqlarını, amma pullarının ödəniləcəyi halda barışığa gedə biləcəklərini deyiblər.

Müttəhim "zabit" özü də təqsirini boynuna alıb, sadəcə bəzi zərərçəkmişlərin onun qaytardığı pulu nəzərə almadıqlarını əlavə edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri zərərçəkmişləri və şahidləri bir-bir dinlədikdən sonra təqsirləndirilən şəxsə düzgün ittiham verildiyini təsdiq ediblər. Nəticədə Anar Mehdiyev külli miqdarda dələduzluqda və rəsmi saxta sənəd hazırlamaqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Azərbaycan nefti bahalaşdı like
  • 24 Yan 11:34  
Digərləri Azərbaycan nefti bahalaşdı

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef

arrow Ətraflı
Bu tarixdən məktəblərdə tətil BAŞLAYIR like
  • 24 Yan 11:26  
Digərləri Bu tarixdən məktəblərdə tətil BAŞLAYIR

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.

arrow Ətraflı
"Partiyanın yerləşdiyi binanın akt zalında gizli qurultay keçirilir"  Elçin Ağaçalı like
  • 24 Yan 10:57  
Digərləri "Partiyanın yerləşdiyi binanın akt zalında gizli qurultay keçirilir" Elçin Ağaçalı

"Hüquqları pozulmuş rayon və şəhər təşkilatlarının sədrləri qu

arrow Ətraflı
Aktyor üçün donor tapıldı like
  • 24 Yan 10:46  
Şou-biznes Aktyor üçün donor tapıldı

Qaraciyər çatışmazlığı səbəbilə bir müddətdir müalicə alan türkiy

arrow Ətraflı
Yollar buz bağlayacaq  Sürücülərə xəbərdarlıq like
  • 24 Yan 10:44  
Digərləri Yollar buz bağlayacaq Sürücülərə xəbərdarlıq

Bir neçə gün davam edən əlverişsiz hava nisbətən sabitləşsə də, öt�

arrow Ətraflı
Rusiya Xarkova "Şahed"lərlə hücum etdi  19 nəfər yaralanıb like
  • 24 Yan 10:38  
Dünya Rusiya Xarkova "Şahed"lərlə hücum etdi 19 nəfər yaralanıb

Rusiya ordusu gecə saatlarında "Şahed" tipli pilotsuz uçuş aparat

arrow Ətraflı
Xırdalanda mağazadan 7 minlik OĞURLUQ like
  • 24 Yan 10:24  
Digərləri Xırdalanda mağazadan 7 minlik OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi olub. Zərərçək

arrow Ətraflı
ABŞ Azərbaycana hansı hərbi məhsullar satacaq? like
  • 24 Yan 10:10  
Siyasət ABŞ Azərbaycana hansı hərbi məhsullar satacaq?

Tramp sülh müqaviləsini dəstəklədiklərinə görə Prezident İlham Əliye

arrow Ətraflı
Türkiyə millisinin keçmiş oyunçusu qəzada öldü, azərbaycanlı sürücü saxlanıldı like
  • 24 Yan 10:00  
Digərləri Türkiyə millisinin keçmiş oyunçusu qəzada öldü, azərbaycanlı sürücü saxlanıldı

Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində motosikletçi həyatını i

arrow Ətraflı
Türkiyədə zəlzələ baş verdi like
  • 24 Yan 09:33  
Digərləri Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Balıkesir vilayətində 5,1 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirildi like
  • 24 Yan 09:21  
Siyasət Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirildi

Yanvar ayının 18-də Sərhəd Qoşunları Komandanlığının "Horadiz&qu

arrow Ətraflı
Qızılın qiyməti 5 min dolları ötdü like
  • 24 Yan 09:11  
Digərləri Qızılın qiyməti 5 min dolları ötdü

Qlobal əmtəə bazarlarında qızılın qiyməti tarixi həddi aşaraq 5 min do

arrow Ətraflı
Nə çaydan, nə də soyuducu: Elektriki "süngər kimi çəkən" cihaz like
  • 24 Yan 08:41  
Digərləri Nə çaydan, nə də soyuducu: Elektriki "süngər kimi çəkən" cihaz

Çoxumuz enerjiyə qənaət etmək üçün çaydanı az istifadə edir və ya so

arrow Ətraflı
Dizaynerlər xəbərdarlıq edir: Bu 6 pərdə stilindən uzaq durun like
  • 24 Yan 08:08  
Digərləri Dizaynerlər xəbərdarlıq edir: Bu 6 pərdə stilindən uzaq durun

Pərdələr bir otağın ruhunu tamamlayan ən vacib elementlərdən biridir. Ya

arrow Ətraflı