“Fatih” serialdan çıxarıldı
Şou-biznes 24 Yan 2026 00:24:00 79 0
Reytinq rekordları qıran "Kızılcık Şerbeti" serialında məşhur aktyor Doğukan Güngörün heyətdən kənarlaşdırıldığı elan edilib. Aktyorun adı məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik istintaqında keçirdi və analiz nəticələri müsbət çıxıb. Qərarı öyrənən Güngör sosial media hesabından emosional bir açıqlama yayaraq vəziyyəti təsdiqləyib və bu addımı "rəhmsiz" adlandırıb.
Bu xəbəri də oxu: "Gecə ağlayaraq zəng etdi, cibimdəki 260 manatı qəpiyinə kimi..."
Son.az xəbər verir ki, Doğukan Güngörün də olduğu 19 şübhəlinin qan və saç nümunələri Məhkəmə Tibb Qurumu (ATK) tərəfindən araşdırılıb. Hazırlanan hesabatda Güngör daxil olmaqla cəmi 14 nəfərin narkotik testinin müsbət olduğu müəyyən edilib. Bu inkişafdan sonra "Show TV" rəhbərliyi 4 sezondur "Fatih" obrazını canlandıran aktyorla yollarını ayırmaq qərarına gəlib.
Doğukan Güngör serialdan qovulduğunu sosial mediada təsdiqləyərək bu qərara etiraz edib:
"4 sezondur böyük həvəslə çalışdığım serialdan çıxarıldığımı indicə öyrəndim. Bu həyatda hər kəs səhv edə bilər. Mən də bir səhv etdiyimi dürüstlüklə qəbul etmiş və təmiz bir həyat üçün ilk addımlarımı atmışdım. Ancaq bu axşam aldığım xəbərlə qurumların qərar verərkən nə qədər rəhmsiz ola bildiyinə şahid oldum. Hər kəsin ikinci şans qazanacağına inanmayan bu insanları vicdanları ilə baş-başa buraxır və Allaha həvalə edirəm. Mən dimdik ayaqdayam. Özümə verdiyim təmiz həyat sözünü tutaraq, çox yaxında daha gözəl işlərdə sevənlərimlə görüşəcəyəm."
Məlumata görə, "Show TV" aktyorun bu gün çəkilən səhnələrini də yayından çıxarıb və serialın tanıtım materiallarından onun görüntüləri təmizlənib. Hazırda istehsalçı şirkətin "Fatih Ünal" obrazı üçün yeni bir aktyor axtarışına başladığı və ya xarakterin ssenaridən necə çıxarılacağı üzərində işlədiyi bildirilir. Lalə Qüdrətova Son.az
Vyetnam mətbəxi hər il dünyaya yeni bir trend bəxş edir. Bu ilin fevral ay
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Hazırda Əbu-Dabidə keçirilən Ukrayna ilə bağlı görüşdə tərəflər d
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın rəhbər
Türkiyənin kulinariya xəritəsində xüsusi yerə malik olan, xüsusilə Kast
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın suverenlik təl
Kaliforniya qubernatoru Qevin Nyusomun Davosda çıxış etməsi qadağan edilib
Şair Nazilə Səfərli Əməkdar artist Fərqanə Qasımovanın bir neçə gün
Azərbaycanda mənzilə çıxış imkanlarının artırılması və sosial rifah
Adətən tortların yanında içdiyimiz çay bu dəfə tortun öz dadına dad qa
Havaların soyuması ilə birlikdə xəstəliklərə qarşı müqaviməti artır
İndoneziyanın kurort adası olan Balidə istirahət edən tanınmış şəxsl�
Lerikdə üç gün öncə 1-ci Qarabağ müharibəsi şəhidi Qənbərov Xalıq
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan evində məclis edərək, Əm�
İnsan orqanizmi yaşlandıqca təkcə daxili sistemlər deyil, bədənin ölç�
