Bakıda qadının öldüyü hadisənin anbaan görüntüləri
Digərləri 22 Yan 2026 11:43:00 77 0
Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Bu xəbəri də oxu: Bakıda motosikletlə avtomobil toqquşdu 1 nəfər ağır yaralandı
Son.az xəbər verir ki, bununla bağlı Baş DYP İdarəsinin yaydığı məlumatda vurğulanıb.
Bildirilib ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, bu hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeyd yanaşması ilə bağlı olub.
"Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməmək yalnız öz həyatını deyil, eyni zamanda digər hərəkət iştirakçılarının taleyini də təhlükə altına qoyur.
Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir", - qurumun müraciətində bildirilib.
Yanvarın 19-da vəfat edən məşhur italiyalı modelyer Valentino Qaravaninin
Bu axşam UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda növbəti mat
Cəlilabadda buz bağlayan yolda avtomobil aşıb.
Son günlər qızılın qiymətinin kəskin bahalaşacağı bildirilir.
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafiki açıqlan�
"Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin "
Son günlər "Telegram" hesablarını ələ keçirməyin yeni üsulu m
Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci il �
Xalq artisti Məleykə Əsədovanın illər əvvəl lentə alınmış görüntü
Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla
Milyonlarla manat mənimsəmə ittihamı ilə məhkum edilmiş sabiq əmək və
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan Respublikas�
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Siyasi rejimlər dağılanda bu, demək olar ki, heç vaxt kənardan endirilən
