Kamaləddin Qafarov: “Azərbaycan regionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur”
Siyasət 22 Yan 2026 10:56:00 55 0
"Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, formalaşdırdığı strateji xətti və regional liderliyini aydın şəkildə ortaya qoyur. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan qlobal çağırışların artdığı, beynəlxalq hüquq normalarının selektiv şəkildə tətbiq olunduğu mürəkkəb dövrdə belə prinsipial və praqmatik siyasət yürütməyi bacaran bir dövlətdir".
Bu xəbəri də oxu: Milli Məclisdə XİN nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək
Son.az xəbər verir ki, bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Millət vəkili qeyd edib ki, hazırkı beynəlxalq mühitdə hüquqi mexanizmlərin hamı üçün eyni dərəcədə işləməməsi Prezident İlham Əliyevin artıq çoxdan proqnozlaşdırdığı bir reallıqdır:
"Məhz bu şəraitdə Azərbaycanın milli maraqlara əsaslanan, lakin beynəlxalq hüququn fundamental prinsiplərinə tam uyğun siyasəti xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin nümayiş etdirdiyi yanaşma göstərir ki, Azərbaycan emosiyalara deyil, nəticəyönümlü və rasional qərarlara əsaslanan strateji xətt formalaşdırıb. Bu xətt ölkəmizə öz haqlı mövqeyini beynəlxalq müstəvidə müdafiə etməyə və real nəticələr əldə etməyə imkan verib. Müsahibədə səsləndirilən digər mühüm məqam Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi ilə bağlıdır. Dövlət başçısı bu mükafatı təkcə şəxsi uğur kimi deyil, Azərbaycanın uzun illər davam edən münaqişədən sonra Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması istiqamətində atdığı addımlara verilən beynəlxalq qiymət kimi dəyərləndirir. Bu yanaşma Azərbaycanın liderliyinin humanizm, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykəndiyini nümayiş etdirir və ölkəmizin sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Cənab Prezidentin öz müsahibəsində təhlükəsizlik məsələləri ilə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqətəlayiqdir. Dövlət başçısı Azərbaycanın daxilində sabitliyin möhkəm təməllər üzərində qurulduğunu, potensial risklərin isə əsasən xarici mənbələrdən qaynaqlandığını açıq şəkildə ifadə edir. Bu, dövlət idarəçiliyinin səmərəliliyinin, cəmiyyətlə hakimiyyət arasında mövcud olan etimadın və güclü dövlət institutlarının mövcudluğunun nəticəsidir. Eyni zamanda, bu yanaşma Azərbaycanın regional prosesləri diqqətlə izlədiyini və mümkün təhdidlərə qarşı preventiv siyasət yürütmək əzmində olduğunu göstərir. Enerji məsələləri ilə bağlı səsləndirilən fikirlər isə Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı strateji üstünlüyü bir daha təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün regionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur. Azərbaycanın enerji resursları təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin mühüm faktoruna çevrilib".
Son günlər "Telegram" hesablarını ələ keçirməyin yeni üsulu m
Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci il �
Xalq artisti Məleykə Əsədovanın illər əvvəl lentə alınmış görüntü
Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla
Milyonlarla manat mənimsəmə ittihamı ilə məhkum edilmiş sabiq əmək və
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan Respublikas�
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Siyasi rejimlər dağılanda bu, demək olar ki, heç vaxt kənardan endirilən
Əmtəə bazarlarında qızıl üzrə fyuçers qiymətlərində geriləmə qeyd�
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Əməkdar artist Fərqanə Qasımovanın dördüncü övladı Həlimənin fotosu
Arıqlamaq istəyi bir çox insan üçün sağlamlıq məqsədi daşısa da, bə
Əksər insanların gündəlik həyatda bilmədən tətbiq etdiyi bəzi vərdiş
