İmmun sistemimiz təhlükədədir AÇIQLAMA
Digərləri 21 Yan 2026 15:34:24 62 0
"Elmi tədqiqatlar göstərir ki, uzun müddət davam edən aşağı kalorili və balanssız dietlər immun sistemin funksional qabiliyyətini azaldır".
Bu xəbəri də oxu: Keçmiş komendant bloku dağıtdı Sakinlər şikayətçi oldular
Son.az xəbər verir ki, bu sözləri canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssi-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, enerji defisiti fonunda T-limfositlərin aktivliyi azalır, infeksiyalara qarşı müqavimət zəifləyir və sağalma müddəti uzanır:
"Bu vəziyyət xüsusilə stress altında olan, intensiv işləyən və ya xroniki xəstəliyi olan insanlarda daha qabarıq şəkildə özünü göstərir".
Ekspert qeyd edib ki, qrup diet proqramlarının digər mühüm mənfi cəhəti hormonal balansın pozulmasıdır.
E.Məmmədov bildirib ki, qrup diet proqramları qısa müddətdə motivasiya və intizam yarada bilsə də, uzunmüddətli perspektivdə fərdi xüsusiyyətlər nəzərə alınmadıqda sağlamlıq problemlərinə və immun sistemin zəifləməsinə səbəb ola bilər:
"Elmi yanaşmaya əsasən, diet proqramları fərdi tibbi qiymətləndirmə əsasında, həkim və ya klinik dietoloq nəzarəti altında planlaşdırılmalıdır. Sağlam qidalanmanın əsas prinsipi balanslı, müxtəlif və fərdiləşdirilmiş yanaşmadır".
Nəzərə çatdırıb ki, uzunmüddətli qrup diet proqramları zamanı dəmir, vitamin B12, fol turşusu, D vitamini, kalsium, maqnezium və sink çatışmazlığı riski artır. Onun sözlərinə görə bu mikroelementlər yalnız metabolik proseslər üçün deyil, eyni zamanda immun sisteminin normal fəaliyyəti üçün də həyati əhəmiyyət daşıyır.
Mina Mikayılova Son.az
Prezident İlham Əliyevin qərarına uyğun olaraq, Azərbaycandan Ermənistana
Hazırda ABŞ-də yaşayan bir zamanların məşhur aparıcısı Günel Hümbət
22 yanvar 2026-cı il tarixində saat 15:00-da Azərbaycan Milli İncəsənət
Bu gündən etibarən Sumqayıt-Bakı xətti üzrə hərəkət edən ekspres qat
Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından ist
Türkiyənin Mardin vilayətində Türkiyə bayrağına qarşı təxribat törə
"Donald Tramp hakimiyyətə gələndən sonra Azərbaycan və ABŞ arasın
Dünən axşamüstündən, daha dəqiq desək, 14:15-dən sonra Masazırda, Səy
Türkiyəli səyahət bloqeri Çağatay Özdemir sosial şəbəkədə etdiyi pay
AZCON Holdinq şirkətlərindən olan ASCO-nun "Akademik Həsən Əliyev&qu
Yanvarın 21-i saat 12:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Ya
Gürcüstanın Marneuli bələdiyyəsinin ərazisində itkin düşən azərbayca
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşl
Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olm
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq.
