Oktay Kaynarcanın narkotik testinin nəticəsi açıqlandı
Digərləri 16 Yan 2026 20:03:00 86 0
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan və daha sonra barələrində "ölkədən çıxış qadağası" qoyulmaqla sərbəst buraxılan aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlunun narkotik testlərinin nəticəsi bəlli olub. Hər iki məşhurun analiz nəticələri təmiz (neqativ) çıxıb.
Bu xəbəri də oxu: "3 ildir Ağalıda yaşayırıq, xəstələnmirik"
Son.az xəbər verir ki, test nəticələrindən sonra açıqlama verən Oktay Kaynarca bildirib ki, üzərindəki bu ağır ittiham hesabatla birlikdə təmizə çıxıb: "Alnım açıq, başım dikdir demişdim və bunu sübut etdim. Bu çətin günlərdə mənə dəstək olan milyonlarla insana təşəkkür edirəm. Dövlətin narkotiklə mübarizə əməliyyatlarını sonuna qədər dəstəkləyirəm."
Aktyor ifadəsində həmçinin bildirib ki, adı hallanan digər şəxslərdən biri olan Murat Gülibrahimoğlu ilə dostdur və ondan bir tanıtım çarxı üçün 100 min dollar alıb, lakin layihə baş tutmadığı üçün həmin pulu geri qaytarıb. O, haqqındakı digər ittihamları qəti şəkildə rədd edib.
Müğənni Emel Müftüoğlu da narkotik istifadə etmədiyini test nəticəsi ilə təsdiqləyib. Lakin o, ifadəsində bəzi maraqlı məqamlara toxunub:
Müftüoğlu, başqa bir şübhəlinin (Rabia Karaca) onun Riva bölgəsindəki bir məkanda qumar masası qurduğu barədə iddialarını qismən qəbul edib. O, həmin məkanda oyun oynadığını təsdiqləsə də, narkotik və digər ağır cinayətlərlə əlaqəsinin olmadığını bildirib.
Müğənni heç kimdən kimisə tanış etmək müqabilində pul almadığını və fahişəliyə vasitəçilik etmədiyini, telefon danışıqlarının incələnməsi zamanı bunun üzə çıxacağını vurğulayıb. Lalə Qüdrətova Son.az
Müğənni Şəbnəm Tovuzlu "Tarixin bir günü" verilişinin canlı
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Gəncə şəhərində Ozan küçəsinin üçüncü dalanında yaşayan vətənda
15-16 yanvar 2026-cı il tarixlərində İsveçrənin Cenevrə şəhərində Niz
Bakıda fəaliyyət göstərən "By Məhsəti" qadın salonu müştə
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Ümumi təhsil haqq�
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumilikdə 328 min 61 mül
15 yanvar 2026-cı il tarixində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) t�
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişikli
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişi
Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya d
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılıb.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ö
"Xiaomi" brendi REDMI Note 15 Pro+ 5G, REDMI Note 15 Pro 5G, REDMI Not
