WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb
Digərləri 16 Yan 2026 18:21:00 76 0
15 yanvar 2026-cı il tarixində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb.
Bu xəbəri də oxu: Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək
Son.az WUF13-ün Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Ev Sahibi Ölkə Sazişi əsasında hazırlanmış bu razılaşma BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev tərəfindən Cenevrədə imzalanıb.
Bu sənədin imzalanması 17-22 may 2026-cı il tarixlərində Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu altında keçiriləcək WUF13-ə hazırlıq prosesində mühüm mərhələni ifadə edir. Sözügedən Saziş 2023-cü ilin dekabrında imzalanmış ev sayibliyinə dair Sazişin məntiqi davamı olmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir.
Anar Quliyev UN-Habitat və Azərbaycan arasında səmərəli əməkdaşlığı və şəhərsalmanın inkişafı sahəsində birgə layihələri yüksək qiymətləndirdiyini bildirib. O, Qarabağ və Şərqi Zəngəzur bölgələrində üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də Ümumdünya Məskunlaşma Günü münasibətilə 2023-cü ildə Bakıda keçirilmiş tədbirlərin bunu təsdiqləyini qeyd edib.
O əlavə edib: "Bu gün Azərbaycan insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspert İşçi Qrupunda iştirakı və "Hər kəs üçün münasib mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi vasitəsilə qlobal şəhərsalma gündəliyinin formalaşmasına fəal töhfə verir. UN-Habitat ilə tərəfdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsi möhkəm zəmin yaradacaq və dayanıqlı, inklüziv və insan yönümlü şəhərlərin təşviqinə töhfə verəcək."
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişikli
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişi
Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya d
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılıb.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ö
"Xiaomi" brendi REDMI Note 15 Pro+ 5G, REDMI Note 15 Pro 5G, REDMI Not
Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması q
"Kurtlar Vadisi" serialında "Güllü Erhan" obrazını canl
Əsas məzuniyyət və onun müddətləri qaydalarında dəyişiklik ediləcək.
Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, ölkəsi Qrenlandiyaya hərbi
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMB�
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətind�
Hamiləliyə və doğuşa görə əlavə məzuniyyət müəyyənləşdiriləcək
Gecə növbəsinə işə təyin edilərkən işçilərin ailə vəzifələrinin
Bakıya girişin ödənişli olub-olmayacağı ilə bağlı hələlik rəsmi mə
