Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın 2025ci ilin yekunlarına dair iclası keçirilib
Digərləri 16 Yan 2026 09:10:00 54 0
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasını təşkil etmək üçün yaradılmış Komissiyanın 2025-ci ilin yekunlarına dair iclası keçirilib.
Bu xəbəri də oxu: Bu ərazilər işıqsız qalacaq
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşlarından ibarət birgə Komissiyanın iclasında kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə cari vəziyyət, il ərzində aparılmış qiymətləndirmələrin nəticələri, habelə mövcud risklər müzakirə olunub, 2026-cı il üzrə əsas funksional hədəflər müəyyən edilib.
Son.az-ın xəbərinə görə, bildirilib ki, DTX və XRİTDX əməkdaşlarının iştirakı ilə yerində aparılmış qiymətləndirmələr zamanı bəzi subyektlər tərəfindən təqdim edilən daxili audit hesabatlarında əks olunmuş vəziyyət ilə faktiki durum arasında uyğunsuzluqlar aşkarlanıb. Qeyd olunanlar əsas götürülərək, kritik informasiya infrastrukturu obyektləri üzrə kibertəhlükəsizliyin möhkəmləndirilməsi üçün mərkəzləşmiş nəzarət mexanizmlərinin səmərəliliyinin artırılmasının vacibliyinə diqqət çəkilib.
İclasda həmçinin müvafiq normativ hüquqi mexanizmlərin tətbiqi, həyata keçirilmiş tədbirlər, kibertəhdid məlumatlarının mübadiləsi və beynəlxalq əməkdaşlıq üzrə praktik nəticələr müzakirə edilib.
Eyni zamanda, mövcud çağırışlar nəzərə alınaraq, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın inkişaf etdirilməsi, xüsusilə təhlükəsizlik tələblərinin təkmilləşdirilməsi istiqamətində təkliflər müzakirə olunub.
İclasın yekununda kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair hazırlanmış yekun hesabat qəbul edilib.
Müasir dünya tamamilə internet və rəqəmsal sistemlər üzərində qurulub.
Maqnezium bədənimizdə 300-dən çox biokimyəvi prosesdə iştirak edən həy
Çin ən müasir texnologiyalara və infrastruktura sahib olsa da, ölkənin bir
Son dövrlərdə sosial şəbəkələrdə gizli yazışmalar üçün istifadə e
Evlərdə elektrik istehlakının yalnız aktiv istifadə olunan cihazlardan gə
ABŞ-li milyarder Elon Musk gənclərə tibb təhsili almamağı tövsiyə edib.
İngiltərədə balıq tutmaq üçün yem axtaran bir balıqçı təsadüfən �
"ELLE Style Awards 2026" gecəsində qırmızı xalıda ən çox diqq�
Döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis Dr. Klaus Veber klinikasına
Bakıda mənzillərin kvadratmetr qiymətinə görə ən bahalı küçələrin s
Bir çox insan evdəki xoşagəlməz qoxuları süni otaq spreyləri ilə yox et
"Çox arzulayırıq ki, birlikdə layihəmiz olsun. Bütün bəstəkarlarda
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva həmkarları arasında bu
Soba yeməkləri arasında həm doyurucu, həm də zərif dadı ilə seçilən
Türkiyədə gənc bir cütlüyün cəmi 6 min lirə (təxminən 300 AZN) sərma
